HƏLƏB,ArabAZ
Hazırda Suriyada silahlı müxaliflər və hökümət qüvvələri arasında davam edən silahlı toqquşçaların davam eetdiyi bir vaxtda Ə-Culani əsas məqsədlərinin Bəşşar Əsədi devirmək olduğunu bildirib.
ArabAZ xəbər verir ki, Suriya daxilində açıqlanmayan bir yerdə CNN-ə verdiyi eksklüziv müsahibədə Əbu Məhəmməd Əl-Culani Əsəddən sonrakı Suriya ilə bağlı vizyonunu açıqlayaraq, ölkənin gələcəyini təyin etmək üçün “xalqın seçdiyi şura”nın yaradılmasını vurğulayıb.
“Məqsədlərdən danışdığımız zaman, inqilabın məqsədi bu rejimin devrilməsi olaraq qalır. Bu məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək bizim haqqımızdır”-deyə o bildirib.
Əl-Culani İran və Rusiya kimi müttəfiqlərin illərdir dəstəyinə baxmayaraq, Əsəd rejiminin devrilməsinin qaçılmaz olacağını iddia edib.
“Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub. İranlılar vaxt qazanaraq rejimi dirçəltməyə cəhd etdilər, sonra ruslar da onu dəstəkləməyə çalışdılar. Amma həqiqət qalır: bu rejim ölüb.İslami idarəçilikdən qorxan insanlar ya onun düzgün həyata keçirilmədiyini görüblər, ya da düzgün başa düşmürlər”-deyə o bildirib.
O, xristianlar kimi azlıqların yeni koalisiyanın hakimiyyəti altında təhlükəsiz yaşaya biləcəklərinə söz verib və əlavə edib: “Heç kimin başqa bir dini azlığı məhv etmə haqqı yoxdur. Bu məzhəblər yüz illərdir ki, bu bölgədə birgə yaşayır və heç kimin onları aradan qaldırmağa haqqı yoxdur”.
İnsan haqları qrupları HTŞ-ni İdlib kimi bölgələrdə siyasi müxaliflərə qarşı rəftarına görə tənqid edib, işgəncə və etirazlara qarşı sərt repressiya iddialarını əsas gətirib, lakin Əl-Colani hər hansı sistemli sui-istifadəni təkzib edib.
Əl-Culani həmçinin HTŞ-nin ABŞ, Aİ və BMT də daxil olmaqla Qərbdəki ölkələr və təşkilatlar tərəfindən davamlı terror təyin edilməsinə toxunaraq, bunu “əsasən siyasi və eyni zamanda qeyri-dəqiq” adlandırıb.
O, qrupunun ekstremist islamçı qruplarla əlaqələrini kəsdiyini, onların qəddar taktikalarını rədd etdiyini deyib. . “Mən heç vaxt mülki şəxslərə hücumlarda şəxsən iştirak etməmişəm”-deyə o müsahibəsində deyib.