Beyrut,ArabAZ
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi şənbə günü bildirib ki, İsrailin Livana aviazərbələrinin artması fonunda 50 mindən çox insan Suriyaya qaçıb.
ArabAZ xəbər verir ki, bu haqda Qrande “X” platformasında yazıb.
“Livanda yaşayan 50 mindən çox livanlı və suriyalı İsrailin hava hücumlarından xilas olmaq üçün indi Suriyaya keçib”.
O qeyd edib ki, Livan daxilində isə 20 mindən çox insan yaşayış yerlərini tərk edərək, ölkənin müxtəlif bölgələrinə sığınıblar.
Şənbə günü İsrail ordusu və Hizbullah partiyanın baş katibi Həsən Nəsrullahın cümə günü Beyrutun cənub ətrafını hədəf alan İsrail bombardmanı nəticəsində öldürüldüyünü elan edib.