Haqqımızda

MENAPress, müstəqil informasiya siyasəti həyata keçirən qabaqcıl media qurumudur. Agentlik Azərbaycan dilində ərəb ölkələrində baş verən ictimai, siyasi, sosial sahələrdəki ən aktual və maraqlı hadisələr haqqında geniş və operativ xəbər yayımı ilə seçilir. Məqsədimiz cəmiyyətin informasiya ehtiyaclarını təmin etmək, oxuculara dəqiq, obyektiv və operativ məlumat çatdırmaqdır.

MENAPress, xəbərlərlə yanaşı, dərin təhlillər, analitik məqalələr və eksklüziv müsahibələr təqdim edir. İnformasiya resurslarımız vasitəsilə istifadəçilərimizə fotomateriallar, video reportajlar və multimedia məzmunları da təqdim edirik. Jurnalist komandamız peşəkarlıq, şəffaflıq və tərəfsizlik prinsiplərinə sadiq qalaraq, informasiya axınında fərqlilik yaratmağa çalışır.

Mediada texnoloji yenilikləri yaxından izləyən MENAPress , xəbərlərin daha sürətli və effektiv çatdırılması üçün müasir platformalardan istifadə edir.

Bütün bu fəaliyyətlərimiz cəmiyyətin maariflənməsinə xidmət edir və ictimai rəyin formalaşmasında mühüm rol oynayır. MENAPress olaraq, etibarlı və obyektiv informasiya mənbəyi kimi hər zaman oxucularımızın yanındayıq.

Təsisçi: Rufiz Hafizoğlu
Baş direktor: İlhamə Əliyeva