Cümə axşamı, 25 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Bella Hadid brendinin ikinci ildönümünü qeyd edir

May 3, 2026 9:10 səhər
Paylaş
Paylaş

Məşhur supermodel Bella Hadid özünün “Orebella” kosmetika brendinin ikinci ildönümünü böyük coşğu ilə qeyd edir. 29 yaşlı ABŞ-Hollandiya-Fələstin mənşəli model bu münasibətlə “Instagram” hesabında paylaşım edərək, “Mənim körpəmin 2-ci yaşı mübarək” sözlərini yazıb.

ArabAZ xəbər verir ki, supermodel paylaşımında brendin pərəstişkarlarına təşəkkür edərək bildirib: “Qəlbimdə bir arzu olaraq başlayan bu iş, sizin sayənizdə təsəvvür etdiyimdən də böyük bir şeyə çevrildi. Bunu bütün səmimiyyətimlə deyirəm. Burada olmağımın səbəbi sizsiniz”.

Hadid brendin fəlsəfəsinə sadiqliyini vurğulayaraq əlavə edib: “Özümün istifadə etməyəcəyim heç bir məhsulu təqdim etmirəm və gözümdə 100% mükəmməl görünməyən heç nəyi sizə gətirmərəm. Biz sizin üçün işləyirik və mən istəyirəm ki, hər dəfə ‘Orebella’ istifadə edəndə və ya işlərimizi onlayn görəndə bunu hiss edəsiniz”.

Ərəb köklərinə ithaf: “Jasmine Blues”

Hadid bu yaxınlarda brend çərçivəsində bir neçə yeni ətir təqdim edib. Onların arasında “Jasmine Blues” ətri xüsusi yer tutur. Model bu ətrin onun ərəb köklərinə bir ehtiram nümunəsi olduğunu bildirib.

“Vogue US” jurnalına verdiyi müsahibədə o deyib: “Mənim Fələstinin yerli çiçəkləri haqqında kiçik bir kitabım var və jasmin bütün region üçün çox vacib bir çiçəkdir. Bu, sanki bir qismət idi. Xüsusilə Fələstində jasmin çiçəyi saflığın, gözəlliyin və mədəni kimliyin simvoludur”.

Brendin rəsmi saytında bu ətir belə təsvir olunur: “Kremvari jasmin və qızılgül ləçəklərinin mavi lotusun sulu yumşaqlığı və təzə evkaliptlə qarışığından yaranan parlaq, sayrışan ağ çiçək açımı”.

“Orebella”nın yaranış fəlsəfəsi

2024-cü ildə təmiz tərkibli ətir dumanları (fragrance mists) ilə fəaliyyətə başlayan və qısa müddətdə satış rekordları qıran “Orebella”, Hadidin ətirləri üst-üstə vurma (layering) sevgisindən, mənəviyyatdan və gözəllik rituallarından qaynaqlanır.

O, brendin açılışı zamanı saytında belə yazmışdı: “Mənim üçün ətir həmişə həyatımın mərkəzində olub — kim olduğumu və ətrafımı idarə etməyimə kömək edib. Evimdən nostalji xatirələrimə, öz enerjimə və başqaları ilə əlaqəmə qədər qoxu mənim üçün bir çıxış yolu olub. O, məni öz dünyamda təhlükəsiz hiss etdirib”.

“Orebella”nın tərkibində spirt olmayan ətirləri Hadidin ənənəvi parfümlərə verdiyi innovativ cavabdır.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab+ArabShow

Dünya kubokunda Səudiyyə rüzgarı

Müəllif:
ArabAZ News
Arab+ArabShow

HINDAMME Moda və tarixi qovuşdurur

Müəllif:
ArabAZ News
Arab SportArab+Səudiyyə Ərəbistanı

Səudiyyə Liqası: “Əl-Xolud” “Əl-Feyha”nın qələbə sevincini yarımçıq qoydu

Müəllif:
mail.azerpress@gmail.com
Arab SportArab+ArabShow

Nora Fateh Dünya Çempionatı üçün klip təqdim etdi

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.