Oman Sultanlığının Energetika və Faydalı Qazıntılar Nazirliyi ölkədə neft və qaz kəşfiyyatı və hasilatı sahəsində mühüm addım ataraq Blok 80-in idarə edilməsi üzrə yeni konsessiya sazişi imzalayıb. Saziş nazirliyin rəsmiləri ilə tərəfdaş şirkətlərin rəhbərləri arasında baş tutan rəsmi mərasimdə rəsmiləşdirilib.
ArabAZ xəbər verir ki, müqavilə Krallığın energetika sektorunun inkişaf etdirilməsi, yerli karbohidrogen resurslarının hasilatının artırılmasıdır. Eləcə də ölkə iqtisadiyyatının şaxələndirilməsi (diversifikasiyası) strategiyasının mühüm tərkib hissəsidir. Layihə çərçivəsində tərəfdaş şirkətlər Blok 80 ərazisində müasir texnologiyaların tətbiqi ilə seysmik kəşfiyyat və qazma işləri həyata keçirəcəklər.
Sultanlığın Energetika Nazirliyi bu cür tərəfdaşlıqların həm də yerli kadrların işlə təmin olunmasına və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsinə böyük töhfə verəcəyini vurğulayıb.

