Qətər Dövləti 2026-cı ilin birinci rübdə 1.13 milyon ziyarətçi qəbul edərək turizm sektorunda böyük bir uğura imza atıb. Rəsmi statistikaya görə, gələnlərin 646 mini yanvar, 423 mini fevral, 63 mini isə mart ayının payına düşüb. Ekspertlər ilin ikinci yarısında ölkəyə daha böyük turist axınının olacağını proqnozlaşdırırlar.
ArabAZ xəbər verir ki, xarici ölkələrdə aviabiletlərin və otel qiymətlərinin baha olması, həmçinin regional gərginliklər səbəbindən həm yerli əhali, həm də Körfəz ölkələrindən olan turistlər bu yay Qətərə üstünlük verirlər. Qətərdə daxili turizm xarici səyahətlərlə müqayisədə ailələrə 50%-dən çox qənaət etmək imkanı yaradır.
Ölkədə may ayından sentyabrın sonunadək davam edəcək “Salam Yay” (Hello Summer) kampaniyası çərçivəsində onlarla əyləncəli proqram, o cümlədən Oyuncaq Festivalı, böyük musiqi konsertləri və çimərlik fəaliyyətləri təşkil olunur. Doha şəhəri artıq Körfəz regionunun aparıcı turizm paytaxtına çevrilib.
Ekspertlər Qətərin bu uğurunu dörd əsas amillə əlaqələndirirlər: 190-dan çox qlobal məntəqəyə bağlı olan Həməd Beynəlxalq Hava Limanı, “Qatar Airways”in geniş uçuş şəbəkəsi, yüksək təhlükəsizlik reytinqi və zəngin infrastruktur (189 otel və 46 mindən çox otaq fondu).

