Bazar ertəsi, 29 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Home » Xəbər lenti » Səudiyyə xurma növləri Fancy Food Show-da nümayş ediləcək

Səudiyyə xurma növləri Fancy Food Show-da nümayş ediləcək

İyun 29, 2026 11:20 səhər
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanı ABŞ-nin Nyu-York şəhərində keçirilən məşhur “Fancy Food Show” qida sərgisində fəxri qonaq qismində iştirak edir. Krallıq sərgi çərçivəsində özünün ən keyfiyyətli kənd təsərrüfatı məhsullarını, xüsusilə ölkənin vizit kartı sayılan unikal xurma növlərini beynəlxalq auditoriyaya nümayiş etdirir.

ArabAZ xəbər verir ki, sərgidə xarici investorların və qida ekspertlərinin böyük marağına səbəb olan 6 ən məşhur Səudiyyə xurması təqdim olunub. Onların arasında Mədinədə yetişdirilən, tünd rəngli və xəfif şirinliyi ilə Krallığın ən qiymətlisi sayılan “Acva” xurması ön plana çıxır. Əl-Qasım bölgəsinin qızılı rəngli, karamel dadını xatırladan və “xurmaların kraliçası” adlandırılan “Sukkari” növü də ziyarətçilərə təklif edilir.

Bununla yanaşı, Səudiyyənin milli qəhvəsinin yanında unudulmaz dad yaradan yumşaq teksturlu “Xalas”, qızılı və qəhvəyi rənglərin sintezindən ibarət bal dadlı “Saqai”, saqqızvari quruluşu ilə gündəlik qidalanmada üstünlük verilən “Xudri” və həm təzə, həm də qurudulmuş formada yeyilən tünd rəngli “Səfavi” növləri sərginin ən çox dadılan məhsulları sırasındadır.

Krallıq bu cür nüfuzlu beynəlxalq platformalarda iştirak etməklə öz milli mətbəx mədəniyyətini tanıtmağı və qeyri-neft sektorunun ixrac potensialını daha da gücləndirməyi hədəfləyir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Səudiyyə BƏƏ-yə olan dron hucumlarını pisləyib

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Neftdən kənarda böyümə: Səudiyyə iqtisadiyyatının yeni siması

Müəllif:
mail.azerpress@gmail.com
İraqKüveytSəudiyyə Ərəbistanı

Səudiyyə Küveytə edilən hücumları qınayıb

Müəllif:
mail.azerpress@gmail.com
Səudiyyə Ərəbistanı

Məkkə bəyannaməsi Vaşinqtonda müzakirə olunub

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.