Cümə axşamı, 2 İyl 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Home » Xəbər lenti » Səudiyyə banklarında depozit artımı qeyd edilir

Səudiyyə banklarında depozit artımı qeyd edilir

İyul 2, 2026 1:36 axşam
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanının birjada listinqdə olan ən nəhəng bankları 2026-cı ilin birinci rübündə depozit bazasında 3,9 faizlik artım qeydə alıblar. Bu göstərici likvidliyi artırmaqla yanaşı, maliyyə sektorunun ümumi dözümlülüyünü növbəti dəfə təsdiqləyib.

ArabAZ xəbər verir ki, qlobal konsaltinq şirkəti “Alvarez & Marsal”ın (A&M) krallığın 10 ən böyük bankının fəaliyyətini izləyən “KSA Banking Pulse” hesabatına əsasən, hesabat dövründə müştəri depozitlərinin artım tempi kreditləşmə xəttini üstələyi. Belə ki, cəmi xalis kreditlər əvvəlki rüblə müqayisədə cəmi 1,6 faiz artıb.

Depozitlərin daha sürətli böyüməsi kreditlərin depozitlərə olan nisbətini (loan-to-deposit ratio) rüblük müqayisədə 2,4 faiz azaldaraq 104,1 faizə endirib ki, bu da qlobal səviyyədə mürəkkəb faiz dərəcəsi mühitinə baxmayaraq likvidliyin yaxşılaşdığını göstərir.

Səudiyyə bank sektorunun bu dayanıqlığı Yaxın Şərqdəki hərbi münaqişələr, yüksək enerji qiymətləri və mərkəzi bankların fərqli pul-kredit siyasətləri fonunda qeydə alınıb. “A&M”in Yaxın Şərq üzrə maliyyə xidmətləri rəhbəri Sem Gidumal (Sam Gidoomal) bildirib ki, birinci rübün nəticələri krallıqdakı bankların dözümlülüyünü sübut edir və bu proses sağlam kredit artımı, stabil marja və kredit xərclərinin azalması ilə dəstəklənir.

Bununla belə, o, qeyri-faiz gəlirlərinin zəifləməsi, əməliyyat xərclərinin artması və baza faiz dərəcələrinin aşağı düşməsi səbəbindən bankların müəyyən təzyiqlərlə üzləşdiyini də qeyd edib.

Hesabata görə, bankların ümumi əməliyyat gəlirləri rüblük müqayisədə 2,3 faiz azalaraq 40,4 milyard Səudiyyə riyalına (10,76 milyard dollar) düşüb. Bu azalmaya əsas səbəb qeyri-faiz gəlirlərinin 13,2 faiz geriləməsidir ki, bu da xalis faiz gəlirlərindəki 1,1 faizlik cüzi artımı tamamilə üstələyib.

Digər tərəfdən, krallığın bank sektorunun əməliyyat səmərəliliyi rübdə bir qədər zəifləyib və texnoloji investisiyalara qoyulan yüksək xərclər səbəbindən xərclərin gəlirlərə nisbəti (cost-to-income ratio) 30,1 faizə yüksəlib. Bununla belə, bankların xalis faiz marjası 2,84 faiz səviyyəsində stabil qalıb və maliyyələşmə xərclərinin 3,2 faizə düşməsi bu prosesə kömək edib. Aktivlərin gəlirliliyi (ROA) 2 faizdə sabit qaldığı halda, kapitalın gəlirliliyi (ROE) cüzi azalaraq 14,7 faiz təşkil edib.

Bankların aktivlərinin keyfiyyəti də sağlam statusunu qoruyub; vaxtı keçmiş və problemli kreditlərin (NPL) ümumi kredit portfelindəki payı dəyişməz qalaraq 0,9 faiz, risk xərcləri isə 0,15 faiz olub. Problemli kreditlərin örtülmə əmsalı (coverage ratio) isə 162,6 faizə qədər güclənib ki, bu da ehtiyatlı risk idarəçiliyindən və bankların əlində kifayət qədər böyük ehtiyat buferlərinin olmasından xəbər verir. “A&M” rəhbərliyi gələcək dövrdə də geosiyasi qeyri-müəyyənliklər fonunda bankların bu ehtiyatları saxlayacağını və əməliyyat səmərəliliyini, risk idarəçiliyini və müştəri məmnuniyyətini artırmaq üçün rəqəmsallaşma və süni intellekt (AI) texnologiyalarına üstünlük verəcəklərini proqnozlaşdırır.

Qeyd edək ki, sözügedən maliyyə təhlili krallığın aktivlərinin həcminə görə ən böyük 10 bankını əhatə edir. Bu siyahıya “Saudi National Bank”, “Al Rajhi Bank”, “Riyad Bank”, “Saudi Awwal Bank” (SAB) və “Banque Saudi Fransi” daxildir. Təhlil edilən digər maliyyə qurumları isə “Alinma Bank”, “Arab National Bank” (ANB), “Saudi Investment Bank” (SAIB), “Bank Albilad” və “Bank Aljazira”dır.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Səudiyyədə büdcə kəsiri 100 milyard riyalı ötüb

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Müqəddəs torpaqların milli libasları harada qorunur?

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

HONOR Səudiyyə bazarına girməyə çalışır

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə və Çin 7 yeni nəqliyyat müqaviləsi imzaladı

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.