Suriya Xarici İşlər və Mühacirlər Naziri Əsəd Həsən Əl-Şeybani ilə Qətər Xarici İşlər Nazirliyinin Dövlət Naziri Məhəmməd bin Əbdüləziz Əl-Xuleyfi diplomatik fəaliyyət və diplomatik təhsil sahələrində əməkdaşlığa dair rəsmi qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
ArabAZ xəbər verir ki, Nazir Əl-Şeybani bu gün, iyulun 11-də Dəməşqdəki “Tişrin” sarayında nazir Əl-Xuleyfi və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Keçirilən rəsmi görüşdə müxtəlif sahələrdə tərəfdaşlıq imkanları, eləcə də iki ölkə arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi məsələləri ətraflı müzakirə olunub.

