Qətər Əmirlik Divanı Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar ölkə miqyasında dörd günlük rəsmi milli matəm elan edib.
ArabAZ xəbər verir ki, rəsmi bəyanatda bildirilir ki, dörd günlük milli matəm dövrü 12 iyul 2026-cı il bazar günündən etibarən başlayır. Matəm müddətində ölkə daxilindəki bütün nazirliklərdə, dövlət qurumlarında, ictimai orqan və təşkilatlarda iş fəaliyyəti 13 iyul 2026-cı il bazar ertəsi günündən etibarən dayandırılacaq.
Qətərin sabiq əmiri Həməd bin Xəlifə Əl Sani 74 yaşında vəfat edib
Dövlət müəssisələrinin əməkdaşları 19 iyul 2026-cı il bazar günü yenidən rəsmi iş fəaliyyətinə geri qayıdacaqlar.
Milli matəm dövrü ərzində Qətər Dövlətinin bütün ərazisində və xaricdəki rəsmi nümayəndəliklərində dövlət bayraqları yarıyadək endiriləcək.

