Çərşənbə axşamı, 14 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Sudanda Çevik Dəstək Qüvvələrinin komandanı edam idiləcək

Sudanda Çevik Dəstək Qüvvələrinin komandanı edam idiləcək

İyul 13, 2026 4:05 səhər
Paylaş
Paylaş

Sudan məhkəməsi bazar günü Çevik Dəstək Qüvvələrinin (HƏMƏD) komandanı, “Həmidti” kimi tanınan Məhəmməd Həmdan Dəqlo və digər şəxslər barəsində insanlıq əleyhinə cinayətlər və soyqırımı törətmək ittihamı ilə qiyabi ölüm hökmü çıxarıb. Bu qərar, ordu ilə Çevik Dəstək Qüvvələri arasındakı müharibənin dördüncü ilinə qədəm qoyduğu bir vaxtda qəbul edilib.

ArabAZ xəbər verir ki, Sudan rəsmi xəbər agentliyinin (SUNA) yaydığı məhkəmə qərarına görə, hökm Həmidti, onun qardaşları Əbdülrəhim və Əl-Quni Dəqlo, eləcə də digər 13 nəfərin Qərbi Darfur vilayətinin valisini və vilayətin mərkəzi Əl-Cüneynə şəhərinin 15 min sakininə qarşı törədilən qətllərdə ittiham olunması fonunda verilib.

Dəqlo və qardaşları 2023-cü ildə Əl-Cüneynə şəhərinə təşkil edilən və qeyri-ərəb mənşəli Məsalit qəbiləsinə qarşı qətliamlarla müşayiət olunan hücumlar zamanı Qərbi Darfur valisi Xamis Əbəkəri öldürməkdə ittiham olunurlar. Sözügedən hücumlar nəticəsində 10 min ilə 15 min arasında insanın qətlə yetirildiyi bildirilir. Məhkəmə mühakimə olunan şəxslərin rəsmən təhvil verilməsi məqsədilə onların olduqları ölkələrlə əlaqə saxlanılması üçün Beynəlxalq Polis Təşkilatına (İnterpol) müraciət edilməsinə dair göstəriş verib.

Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan 2024-cü ilin avqust ayında Baş prokurorun rəhbərliyi ilə Çevik Dəstək Qüvvələrinin törətdiyi iddia edilən cinayətləri araşdırmaq üçün komissiya yaradılması barədə qərar qəbul etmiş, komissiya isə öz növbəsində iddia ərizəsini 2025-ci ildə məhkəməyə təqdim etmişdi. Çevik Dəstək Qüvvələri isə soyqırımı cinayətlərində əllərinin olduğunu rədd edir.

Ordu komandanı Burhan ilə onun sabiq müavini Həmidtinin rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələri arasında müharibə 2023-cü il herbi aprel ayında başlayıb. Bu münaqişə on minlərlə insanın ölümünə, milyonlarla insanın didərgin düşməsinə səbəb olub və BMT-nin təsnifatına görə dünyada ən ağır humanitar böhranı yaradıb.

Burhan və Həmidti, İslam Hərəkatının dəstəyi ilə Sudanı 30 il idarə edən sabiq prezident Ömər əl-Bəşir rejiminin 2019-cu ilin aprelində geniş xalq etirazları ilə devrilməsindən sonra qurulan mülki keçid hökumətinə qarşı 2021-ci ildə reallaşdırılan hərbi çevrilişdə müttəfiq olublar. Onların ittifaqının ilk aylarında Sudan konstitusiyasını əvəz edən və Çevik Dəstək Qüvvələrini çevrilişdən sonrakı keçid dövründə ölkəni idarə edən Suverenlik Şurasının bir hissəsinə çevirən 2019-cu il Konstitusiya Bəyannaməsi qəbul edilmişdi.

Lakin Çevik Dəstək Qüvvələrinin orduya inteqrasiya edilməsi ətrafındakı ixtilaflar iki komandan arasında münaqişəni alovlandırdı və bu, qısa müddətdə 3 ildən çoxdur davam edən qanlı döyüşlərə çevrildi. 2025-ci ilin mart ayında Burhan 2019-cu il sənədinə dəyişiklik edərək Çevik Dəstək Qüvvələrini Suverenlik Şurasını və hərbi məhkəmələri tənzimləyən konstitusiya maddələrindən rəsmən çıxardı.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İraqRedaktorun seçimiTəhlil

İraqda antikorrupsiya sövdələşməsinin pərdəarxası

Müəllif:
ArabAZ News
Redaktorun seçimi

Yaxın Şərqdə yeni “Böyük Qardaş” – Səudiyyə

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

HONOR Səudiyyə bazarına girməyə çalışır

Müəllif:
ArabAZ News
Redaktorun seçimi

Ərəb Liqasının rəhbəri modernləşmə və hərbi əməkdaşlıq təklif etdi

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.