Suriyanın Xarici İşlər naziri Əsad Həsən əş-Şeybani ikitərəfli əlaqələrin gücləndirilməsi və Suriya ilə Səudiyyə Ərəbistanı arasında rəsmi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səfər çərçivəsində çərşənbə günü Səudiyyə Ərəbistanının paytaxtına gəlib. Bu barədə ArabAZ Suriyanın SANA rəsmi dövlət xəbər agentliyinə istinadən məlumat verir.
SANA-nın Ər-Riyaddakı xüsusi müxbirinin verdiyi məlumata görə, əş-Şeybaninin səfər çərçivəsində səudiyyəli rəsmi şəxslərlə bir sıra mühüm görüşlər keçirəcəyi, tərəflərin ortaq maraqları və regional geosiyasi məsələləri rəsmi şəkildə müzakirə edəcəyi gözlənilir.


