Dəb brendləri eynək mövsümünün tam vaxtında yeni kolleksiyalarını təqdim edirlər. Yeni məhsullardan tutmuş artıq sevilən modellərə qədər – bu yay eynəklərinizi yeniləmək üçün seçə biləcəyiniz ərəb mənşəli 6 brendi təqdim edirik.
Forbes siyahısına düşən 5 lüks ərəb zərgərlik brendi
Hadid Eyewear
Bella və Gigi Hadidin atası Məhəmməd Hadid və onun qızı Alana tərəfindən təsis edilən ailə brendi müəyyən fasilədən sonra dörd yeni modeldən ibarət kolleksiyası ilə yenidən səhnəyə qayıdıb.
Karen Wazen
Livanlı influenserin Dua Lipa və Cardi B kimi ulduzlar tərəfindən taxılan eynək brendi indi kişilər üçün ilk kolleksiyasını təqdim edərək çeşidlərini genişləndirib.
Hadia Ghaleb
Misirli sahibkarın brendi eynək sahəsinə də addım ataraq neo-futurist, böyük çərçivəli modellər təqdim edir. Bəzilərinin üzərində ərəb xəttatlığı həkk olunmuş bu eynəklərin həvəskarları arasında Jennifer Lopez və Kesha kimi məşhurlar var.
Okhtein
Məşhur Misir çanta brendi artıq günəş eynəkləri də istehsal edir. Müxtəlif dizayn və rənglərdə olan bu eynəklərin istehsalı İtaliyada həyata keçirilir.
Ahlem Eyewear
Fransız-tunisli dizayner Əhləm Mənai-Platt (Ahlem Manai-Platt) tərəfindən yaradılan brend böyük rəğbət qazanıb. Onun məşhur azarkeşləri arasında Seth Rogen, Beyonce, Robert Downey Jr və Idris Elba kimi simalar yer alır.
Nile Eyewear
Misir brendinin müştəriləri arasında Yusradan tutmuş Əminə Xəlilə qədər regionun ən böyük ulduzları var. Brede dəstək verənlərdən biri də Jennifer Lopezdir.

