QÜDS,ArabAZ
Rəy sorğusunun nəticələri göstərib ki, israillilərin 57 faizi Baş nazir Benyamin Netanyahunun İrana hərbi hücumlarla hədələdiyi bəyanatlarını dəstəkləyir,yalnız 20 faizi buna qarşıdır.
İsrail və Livan arasında atəşkəs razılaşmasına gəlincə, 57 faiz bu razılaşmanın saxlanmayacağına inandığını, yalnız 25 faiz isə bunun davam edəcəyinə inandığını bildirib.
ArabAZ xəbər verir ki, bu məlumatlar “Maariv” qəzetinin hər cümə günü dərc etdiyi həftəlik sorğuda yer alıb. Əhalidən Qəzzə müharibəsi ilə bağlı fikirləri soruşulub və 59 faiz əsir mübadiləsi və müharibənin dayandırılması sazişini dəstəklədiyini təsdiqləyib,bunun əksinə olanlar isə 33 faiz təşkil edib. Müxalifət partiyası seçicilərinin 85 faizi (ərəb seçiciləri də daxil olmaqla) Qəzza zolağında məhbus mübadiləsi razılaşması ilə paralel olaraq atəşkəsə nail olunmasının vacibliyi ilə razılaşıb, koalisiya partiyası seçicilərinin 65 faizi isə Zolaqda “hərbi təzyiqin” davam etdirilməli olduğunu hesab edib.