DƏMƏŞQ,ArabAZ
8 Dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.
İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.ArabAZ xəbər verir ki, bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb,
Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib. Daha sonra Əsədin Rusiyada olduğu təsdiq edildi.
Əsədin süqutunu suriyalılar bayram edir