QÜDS,ArabAZ
HƏMAS hərəkatının 15 dekabr şənbə gününə təsadüf edən yaranmasının otuz yeddinci ildönümünü necə qeyd edəcəyi məlum deyil. Ümimiyyətlə HƏMAS-ın bunu qeyd edib etməyəci də bəlli deyil.
Amma dəqiq olan odur ki, İsrail bu tarixdə uzun müddət yadında saxlayacaq. İsrail ordusu – bütün təhlükəsizlik və kəşfiyyat xidmətləri ilə birlikdə – inventar və yenidən qiymətləndirmə də daxil olmaqla, bu münasibətlə araşdırma və müzakirələr aparır və yüksək səviyyəli veteran generalları Suriyadakı vəziyyətı araşdırırlar.
İsrailin hal hazırda başlıca məqsədi zamanında buraxdığı səhvləri təkrarlamamaq və HƏMAS təcrübəsinin bir daha yaşanmamasıdır. Xüsusəndə İsrail bunu rəcrübənin Suriya ilə təkrarlanmasında ehtiyat edir, çünki Tel-Əvivdə yeni Suriya liderlərinin HƏMAS ilə eyni ideoloji genlərə sahib olduğu düşüncəsi hakimdir.
Məlum olduğu kimi, HƏMAS (İslami Müqavimət Hərəkatı) ilk Fələstin İntifadasının başlanmasından sonra 1987-ci ilin bu günündə siyasi hərəkat olaraq yaradılıb. O dövrdə müxalif hərəkat (Fəth) Fələstin Təşkilatındakı digər fraksiyalarla birlikdə çox uzun illər Fələstin mübarizəsinə bir çox aspekt və sahələrdə (siyasi və hərbi) rəhbərlik edirdi.
O, Fələstin xalqının böyük əksəriyyətinin dəstəyini qazanmağa müvəffəq oldu. Beynəlxalq arenada və hətta İsrail arenasında siyasi nailiyyətlər əldə etdi, burada qanuni hüquqlar və Fələstin dövlətinin qurulması üçün 1967-ci il sərhədlərində Fələstin işğalını davam etdirən İsrail “Fəth”-i pisdə olsa bir tərəf kimi tanıyırdı. İsrailə görə, bütün “radikallığa” baxmayaraq Fəth siyasi immunitetə malik idi və onlarla danışıq mümkün idi…
Lakin HƏMAS-ın ilkin kökləri yetmişinci illərin əvvəlləriə gedib çıxırdı.
1973-cü ildə “Müsəlman Qardaşlar” Qəzza zolağındakı İsrail hərbi idarəetməsinə müraciət edərək, sosial təhsil, İslami dəyərlərə qayıtmaq və ehtiyacı olanlara yardım göstərəcək xeyriyyə təşkilatlarının yaradılmasını xahiş etmişdi. Bir çox siyasi ekspertlər bunu hələ o vaxt Fəth-ə alternativ yaratmaq kimi dəyərləndirirdilər.
İsrail tərəfindəmn qətlə yetirilən Şeyx Əhməd Yasinin rəhbərliyi altında “İslam Mərkəzi” kimi tanınan qurum yaradıldı. Fəaliyyəti Qəzzadan İordan çayının qərb sahilinə və Şərqi Qüdsə qədər uzanırdı.
Şeyx Əhməd Yasin israilliləri inandırdı ki, onlar Fəth hərəkatı və Fələstin Azadlıq Təşkilatından fərqli olaraq sülhə can atan mötədil hərəkatdırlar.
Təl-Əvivdə çoxları inanırdı ki, İslam təşkilatları ilə dünyəvi Fələstin Azadlıq Təşkilatı arasında daxili döyüşlər düşmənin özünü məhv etməsi prinsipi altında sonuncunun zəifləməsinə gətirib çıxaracaq. Belə ki, İsrail hökuməti Fələstin Azadlıq Təşkilatı ilə islamçı hərəkatlar arasında gedən döyüşlərə əsla müdaxilə etməyib.
Həmin vaxt Qəzzada İsrail hərbi qubernatoru vəzifəsində çalışmış Yitzhak Segev “İslam Mərkəzi”ni maliyyələşdirdiyini iddia edib. O, 2009-cu ildə İsrail telekanalının 2-ci kanalında bir proqram zamanı “İsrail hökuməti mənə büdcə , hərbi hakimiyyət isə məscidləri mənə verdi”-deyib.
İsrailin Qəzzadakı dini işlər üzrə rəsmisi Avner Koen də həmin proqramda deyib: “Təəssüf ki, “HƏMAS-ı İsrail yaradıb” O, iddia edib ki, yuxarılara islamçılara dəstək verməklə bağlı xəbərdarlıq edib, lakin onlar onun xəbərdarlığına məhəl qoymayıblar.
“Hətta HƏMAS işğala qarşı silahlı müqavimət haqqında düşünməyə başlayanda da, Fəth-lə ayaqlaşa bilmək üçün İsrail onu dəstəkləməyə davam etdi”-deşencəsi hal hazırda İsrailəd hakim fikir arasındadır.
1984-cü ildə Şeyx Yasin İsrail tərəfindən həbs olundu və o və yoldaşları İsrailə düşmənçilik məqsədilə silah toplamaqda günahlandırıldılar. Şəxsiyyət Ərəfatdan da çox sevilən şeyx Yasin istintaqda bildirib ki, bu silahların məqsədi Fəthin təsirinə qarşı özünümüdafiədir və yalnız ona və İslamı təhdid edən dünyəvi Fələstin qüvvələrinə qarşı istifadə olunacaq.
Əhməd Yasin 1985-ci ilin mayında məhbus mübadiləsi çərçivəsində azad edilib. Sərbəst buraxıldıqdan sonra o, daxili təhlükəsizliklə məşğul olmaq və yerli israil agentlərini ovlamaqla ittiham olunan keçmiş tələbə lideri Yəhya Əl-Sinvar və Ravhi Muştahanın rəhbərlik etdiyi “Əl-Məcd” (“Cihad və Təbliğ Sistemi”nin qısaltması) yaratdı.
Oslo razılaşması başlayanda HƏMAS həddindən artıq güclə silahlı hərəkətə keçdi və İsrail ordusuna və mülki İsrail vətəndaşlarına qarşı onlarla silahlı əməliyyat keçirdi.
İsrail hər zaman razəlaşmaları pozmağa meylli idi və bunu nə qədər çox edirdisə, HƏMAS-ın fəaliyyəti daha çox vətəndaşın dəstəyini qazanırdı.
İsrailin Qəzza zolağından birtərəfli şəkildə geri çəkilməsindən sonra HƏMAS hakimiyyəti ələ keçirmək fürsəti görüb və çevrilişini həyata keçirib. Benyamin Netanyahu dövründə o, qəsdən HƏMAS-ın hakimiyyətini İsrail qarşısında zəif, Fələstin Muxtariyyəti qarşısında isə güclü göstərirdi. Bu HƏMAS-a oln sevgi deyildi, əksinə o bununla daxili qarşıdırmanı daha da dərinləşdirmək və fələstinliləin siyasi cəhətdən parçalanmasını hədəfləyirdi.
İsrail öz missiyasını uğurla yerinə yetirdi, lakin o, tələyə düşdü.
Nəhayət yeddi oktyabrda yaşanan hadisələr…sonra isə məlum Suriya hadisələri.
İsraildə əsas məsələ “HƏMAS 37 ildən sonra bu gün necə görünür?” sualı aktual olaraq qalır. Keçən ildən bu günə qədər davam edən mhüaribədə HƏMAS əsas gücünü itirsə də,
İsrail HƏMAS -dan birdəfəlik can qutarmaq istəyir.
Bu gün İsraildə bir çox hərbi general HƏMAS isə buyraxılan səhvləri Suriyada buraxmama çağırırlar. Onlar Əbu Məhəmməd əl-Culaninin (Əhməd əl-Şara) etibarlı əlaqələr qurmaq vədlərinə bel bağlamamağı xahiş edirlər.
Sirr deyil Əsəd rejimi və Fransa istehsalı İran rejimi İsrail üçün heç vaxt ciddi təhdid olmayın ən azından ona görə, ki Tel-Əvivin “Şiə müqavimətinə” qarşı bir ummuniteti var idi.
Yeni Suriyada isə vəziyyət daha fərqlidir… Bu səbəbdən Əsəd qaçan kimi İsrail Suriya ordusunun hərbi bazalarını bombaladı. Cəbəl Şeyx (Hermon) dağının bütün zirvələri və şərqi Colanda bir neçə kənd işğal olundu.
İsrail bu işğalın müvəqqəti olacağını desə də, bu inandırıcı deyil…