RABAT,ArabAZ
Mərakeşin cənubunda qadınlar çox vaxt onları cüzi qazancla tərk edən mürəkkəb sənət növü olan xalçaçılıq sənətinin mühafizəçiləridir.
Ölkənin Təznaxt kəndindəki kiçik evinin qarşısında taxta toxuculuq dəzgahında xalçalar toxuyan İcca Bençri kimi qadınlar bir çox nəsillərə gedib çıxan ənənələrə əməl edirlər.
60 yaşlı Bençri deyir ki 12 yaşından xalça toxumağa başlayıb və bu sənət ona da anasından ötürülüb.
Cəsarətli həndəsi naxışları və canlı rəngləri ilə tanınan əl ilə toxunmuş xalçalar yerli bazarlarda və turistlərin sevimli əşyalarındandır.
Statistik məlumatlara əsasən 2022-ci ildə ənənəvi xalçalar krallığın ixracının təxminən 22 faizini təşkil edib.
Təznaxt ətrafındakı dağ kəndləri xüsusu üsulla tikilən xalçaları ilə məşhurdur, bu xalçalar yerli Amaziq qəbiləsinin adını daşıyır. ( Amaziq – Bərbər)
Xalçalar qadınlar tərəfindən kiçik ənənəvi dəzgahlarda, istər evdə, istərsə də xüsusi emalatxanalarda toxunur.
Daha sonra mənşə bölgələrindən və dizaynlarından asılı olaraq müxtəlif üslublara bölünürlər.
Mərakeşin ən yaxşı xalçalarından bəziləri Atlas dağlarının cənubundakı Jbel Sirvada yüksək keyfiyyətli qoyun yunundan hazırlanır və xına, nar qabığı və ya indiqo kimi bitkilərin təbii piqmentlərindən istifadə etməklə boyanır.
Yerli qadın toxuculuq kooperativinə rəhbərlik edən Safia “Bu ənənə əsrlər boyu analardan qızlara ötürülür” -deyib.
O, bu yaxınlarda Təznaxt irsin qorunmasına həsr olunmuş festivalda öz yaradıcılığını nümayiş etdirən qadınlardan biri idi.
Hər cümə axşamı bir çoxları xalçalarını satmaq üçün həftəlik bazara gedirlər.
Orta hesabla, böyük bir xalça cəmi 250 Mərakeş dirhəminə (təxminən 24 dollar) , daha sonra bu xalçalar turistlərə astronomik qiymətə satılır.
Digər xalçalar onlayn platformalarda 6000 dollara qədər satılır.