DƏMƏŞQ,ArabAZ
İsrail ordusu suriyalıların ordunun Suriyanın cənubunda mövcudluğuna qarşı etiraz aksiyası zamanı “təhdidedici” istiqamətdə atəş açdığını təsdiqləyib.ArabAZ xəbər verir ki, İsrail ordusu Dəranın Maariya kəndində keçirilən etiraz aksiyası zamanı “şübhəliləri geri çəkilməyə çağıran əsgərlərin təhlükəni zərərsizləşdirmək üçün atəş açdığını və bunun labüd tədbir olduğunu bildirib.
Ordudan verilən açıqlamada qeyd olunur ki, əsgərlər “nişan qaydalarına uyğun hərəkət edib və etirazçılardan birini ayağından güllələyiblər.Bizim, qüvvələrimiz Suriyadakı hadisələrə müdaxilə etmir”.
Bu ay müxalifətin prezident Bəşər Əsədi devirməsindən sonra İsrail Suriyada strateji silahları və hərbi infrastrukturu məhv etmək məqsədi daşıdığını iddia etdiyi yüzlərlə hava hücumu təşkil edib.
İsrail qüvvələrini Suriya ilə işğal altındakı Colan təpələri arasında demilitarizasiya zonasına yerləşdirib. Bu ərazi 1973-cü il müharibəsindən sonra müəyyən edilib və Birləşmiş Millətlər Təşkilatının qüvvələri orada sülhü qorumağa çalışır.
İsrail rəsmiləri bu addımı İsrail sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün məhdud və müvəqqəti tədbir kimi qiymətləndirsələr də, qüvvələrin nə vaxt geri çəkiləcəyini bildirməyiblər.