Dünya bankı Yaxın Şərqdə davam edən münaqişənin əsas malların qiymətlərinə və logistika xidmətlərinə mənfi təsir göstərdiyini təsdiqləyib. Bankın hesabatında qeyd olunur ki, bu vəziyyət xüsusilə inkişaf etməkdə olan bazarlarda daha kəskin hiss olunur.
Məlumata görə, gəmiçilik marşrutlarındakı fasilələr daşıma xərclərini artırır. Bu isə öz növbəsində tədarük risklərini genişləndirərək enerji və gübrə sektorlarına da ciddi təsir göstərir. Analitiklər xəbərdarlıq edir ki, logistikadakı bu pozuntular qlobal təchizat zəncirində qeyri-sabitlik yaradır.

