Bakı,ArabAZ
İraq Xalq Səfərbərlik Qüvvələrinə (Haşdi şabi) bağlı qüvvələrin bazar günü İraqın Qarmian bölgəsinə doğru hərəkətə başlayıb.
Qarmian bölgəsi Diyala valiliyindən Kərkük və Süleymaniyyə valiliklərinə qədər uzanan uzun bir coğrafi uzantıdır və ərəblər və kürdlər arasında “mübahisəli ərazilər” kimi tanınan ərazilərdən biridir.
Əksəriyyəti Süleymaniyyə və Kürdüstan Bölgəsinin inzibati nəzarətindən kənarda qalsa da, Milli Birlik Partiyası tərəfindən idarə olunan və əksər hissəsinə nəzarət edən coğrafi və siyasi təsir sahəsidir.
Kürd mənbələrinin bildirdiyinə görə, Xalq Səfərbərlik Qüvvələri oraya heç vaxt daxil olmayıb. Buna görə də kürdlər bu hücuma kürd qrupları və partiyaları, xüsusən də iki əsas partiya olan “Milli Birlik” və “Kürdüstan Demokratik Partiyası” arasında mövcud olan qütbləşmənin yaratdığı boşluqdan faydalanmaq fürsəti kimi dəyərləndirirlər.
Milli Birlik Partiyası Səfərbərlik Qüvvələrinin bölgəyə yaxlnlaşmasını təhlükəli adlandırır və və onun bəzi liderləri Bağdadı səfərbərlik qüvvələrinin Qarmian bölgələrinə soxulmasının qarşısını almaq üçün müdaxilə etməyə çağırırlar.
Xalq Səfərbərlik Qüvvələrinin bəyanatında deyilir ki, onun qüvvələri “Bölgədəlki terror hücrələrini izləyən dronlar vasitəsilə dəqiq kəşfiyyat məlumatlarına və monitorinqlərə əsasən, qəfil və gözlənilməz təhlükəsizlik əməliyyatına başlayıb.”