Ər-Riyad,ArabAZ
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüş keçirib.ArabAz xəbər verir ki, görüşdə iki ölkə arasında bağlanan razılaşmalar və regional inkişaflar müzakirə edilib.
Lavrov mətbuat konfransı zamanı Rusiyanın Səudiyyə vəliəhd şahzadəsinə oktyabrın 22-dən 24-dək Kazan şəhərində keçirilməsi planlaşdırılan BRİKS sammitində iştirak etmək üçün dəvət göndərdiyini açıqlayıb.
Lavrov dünən Ər-Riyadda keçirilən Körfəz Əməkdaşlıq Şurası ilə Rusiya arasında strateji dialoqun yeddinci birgə nazirlər toplantısında da iştirak edib. Lavrov Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Ukrayna böhranı ilə bağlı mövqelərini yüksək qiymətləndirib.
Digər tərəfdən, Körfəz ölkələri və Rusiya Qəzzada müharibəni dayandırmaq üçün beynəlxalq səylərin uğursuzluğunu pisləyib və beynəlxalq tərəfdaşları müharibəni dayandırmaq üçün bütün təzyiqləri göstərməyə çağırıb.