Qüds,ArabAZ
Qüdsün Köhnə Şəhərində Dəməşq Qapısına bıçaqlı hücum nəticəsində bir İsrail Sərhəd Polisinin əməkdaşı yaralanıb.ArabAz xəbər verir ki, İsrail polisinin açıqlamsında bıçaqlanan polis əməkdaşının yüngül yaralandığı deyilir.
“Polisi hücum edən şəxsi zərərsizləşdirib”-deyə İsraila polisinin açıqlamasında deyilir. İsrail Təcili Yardım Xidməti açıqlamasında 20 yaşlı əsgərin bədəninin yuxarı hissəsindən yaralandığını açıqlayıb. Hadisə yerinə polis və sərhədçilərin cəlb olunduğu, araşdırmaların davam etdirildiyi bildirilib.
Qedy edək ki , Qüdsdə tez-tez fələstinlilərlə İsrail yəhudiləri arasında gərginlik yaşanır, lakin Qəzzada 11 aydan çox davam edən müharibənin başlaması ilə gərginlik daha da artıb.
Məlumat üçün bildirək ki, İsrail 1967-ci ilin iyununda Şərqi Qüdsü işğal edib və daha sonra beynəlxalq ictimaiyyətin əksəriyyəti tərəfindən tanınmasa da, ilhaqını elan edib.
İsrail bütün Qüdsü özünün paytaxtı hesab edir, fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı hesab edir.