Beyrut,ArabAZ
İsrail və Hizbullah arasında münaqişənin alovlanması ilə bağlı İranınhər nası bir addım attığı görünmür. İran halı hazırda yalnız çaşqınlıq içərisindıdir.
Tehran ərəb ölkələrində göz bəbəyi kimi qoruyub qanla bəslədiyi Hizbulahın pis günündə susması bəzi suallar doğurur.
Bəzi siyasi ekpertlər hesab edir ki, İran Nüvə Proqraməı müqabilindəı Hizbullahı İsrailin ümidinə buraxəb. ONlar hesab edirlər ki, HƏMAS da Tehranən qərbə verdiyi qurbanlaran biridir.
Fərqli bir fikir isə ondan ibarətdir ki, Tehran hələ ki susur,maraqlıdır əgər bu gün Hİzbullahı dəstəkləmək üçün müdaxilə etməsə, nə vaxt olacaq?
Tehranı müharibədən uzaqlaşdıran 4 əsas amil
İran məsələləri ilə maraqlanan analitiklərin və diplomatların əksəriyyəti Tehranın “böyük dilemma” içərisində olduğuna və onun atacağı hər hansı hesablanmamış addımın onu istəmədiyi yerə apara biləcəyinə inanır.
Fransanın paytaxtında məskunlaşan iki avropalı diplomat İran rəhbərliyini “gərginliyin” mövcudluğunu qeyd edərək, hazırda İsrail və Hizbullah arasında gedən müharibədən pkənarda qalmağa sövq edən dörd əsas amilin olduğuna inanır.
Məsələ ondandır ki, hal hazırda Tehran həm hədə ilə danışır həm də mötədil fikirlər irəli sürməklə kifatılənir ki, bu da siyasi şizofreniyadır.
Mənbələrin fikrincə, birinci amil İranın Qərblə münasibətlərini “mülayimləşdirmək” istəyidir.
Əsasən nüvə proqramına görə, həm də qərblilərin fikrincə, Rusiyaya verdiyi dəstəyə görə ona qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarını ləğv etməyə sövq etmək istəyi var.
İran rusiyanı minlərlə müxtəlif tipli dronlarla təmin etdikdən sonra onu ballistik raketlərlə təmin edib.
İranın nüvə məsələsinə diqqət yetirməsi və bir tərəfdən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etmək niyyətini nümayiş etdirməsi, 2015-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının geri çəkildiyi sazişlə bağlı qərblilərlə danışıqları bərpa etməsinin əhəmiyyəti də bundan irəli gəlir.
Açıq müharibədən çəkinmək
İkinci amil, İranın İsrailin hər hansı obyektini vura biləcək bir sıra raketləri ilə hədəfə alaraq Hizbullahı dəstəkləməsi “birbaşa” müharibə olacaq. Bu da öz növbəsində İranən regional maraqlarına ziddir. Belə ki,Tehran bu addımı atarsa ABŞ İsraili müdafiə adı altında regiondakı hərbi potensialını gücləndirəcək.
İranın qənaətinə görə, İsrail və ABŞ İranın nüvə obyektlərini hədəfə almaq fürsətindən istifadə edəcəklər. İran əmindir ki, ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün vasitələrə əl atmağa hazırdırlar.
Proksi qüvvələrin savaşı daha məqsədəuyğundur
Tehran əsasən yüksək zənginləşdirmə əməliyyatları vasitəsilə inkişaf etdirilən nüvə proqramında maraqlı olduğundan, açıq müharibə onu iqtisadi və maliyyə sanksiyaları nəticəsində onilliklər olmasa da, illəri geriyə salacaq. Buna görə də İran cavabın proksi qüvvələrin vasitəsilə verilməsinə üstünlük verir ki, bu gün onların ən görkəmliləri Yəməndəki “Husilər” və ara-sıra İraqda olan silahlı radikal şiə milisləridir. İraqda olan radikal şiələr isə bütün region üçün ciddi təhlükə mənbəyidir.
Lakin qeyd etmək lazımdır ki, proksi güclərin savaşı və dəstəyi istər Qəzzada, istərsə də hazırda Livanda olsun, müharibənin gedişatına heç bir təsir etmir.
Hər halda Xamneyinin son sözlərini onun Hizbullahın “zərbələr alıb, amma diz çökməyəcəyi” iddiası ilə başa düşmək olar, yəni Hizbullah aradan qaldırılmadıqca İran birbaşa müdaxiləsinə ehtiyac görmür.