Ramallah,ArabAZ
İsrail ordusu cümə axşamı avqust ayında öldürülməsi haqda xəbərlər yayılan HƏMAS höküməti başçısı Ravhi Muştahanı Qəzza zolağında öldürüldüyünü təsdiq edib.
1959-cu ildə Qəzzanın Şucayya məhəlləsində anadan olan Muştaha HƏMAS lideri Yəhya Sinvarın potensial siyasi varisi kimi görünürdü.
HƏMAS-dan olan mənbələr onun hərəkatda olduqca önəmli rola sahib olduğunu bildiriblər.
Müştəha “o qədər vacib idi ki, o, keçən il oktyabrın 7-də “Əl-Əqsa Tufanı” əməliyyatından xəbərdar olan məhdud şəxslərdən biri idi.
1986-cı ildə HƏMAS-ın qurucusu Əhməd Yassinin tapşırığı ilə Muştaha, Xalid əl-Hindi və əl-Sinvar hərəkat üçün “Məcd” adı ilə tanınan “Cihad və Təbliğ Təşkilatı” adlı təhlükəsizlik aparatı yaratdılar. BU təşkilat İsrailə casusluq edənlərin aşkarlanması və mühakimə olunması ilə məşğuldur.
1988-ci ildə Muştaha həbs edildi və təxminən 23 il İsrail həbsxanalarında məhbus olaraq qaldı. İsrail onu qətl və terror aktları törətməkdə ittiham etdi.
Hətta həbsdə olarkən Muştaha həbsxana dailində olan ərəb əsilli İsrail “kəşfiyyat işçilərini” təqib edirdi və o, daha sonra Sinvarla birlikdə “Şin Bet üçün işləmək ittihamı ilə İsrail həbsxanalarında iki məhbusu öldürməkdə itiham olundu.
Muştaha azadlığa çıxdıqdan sonra, xüsusən də 2012-ci ildə hərəkatın siyasi bürosuna keçirilən ilk seçkilərdə üzv seçildikdən sonra HƏMAS rəhbərliyində bir çox vəzifələr tutdu.
İllər keçdikcə və HƏMAS Siyasi Bürosunun ikinci iclasından sonra Müştəha və Sinvar hərəkatda daha da gücləndilər və Şalit ( HƏMAS tərəfindən qaçırılan israil əsgəri) razılaşması ilə azad edilən məhbusların rəhbərlik etdiyi “radikal qanad” kimi təsvir edilə bilən bir qanad yaratmağa müvəffəq oldular. Qəzza zolağının daxilində və xaricində siyasi qruplar və hərəkatın təhlükəsizliyinə nəzarət etməyə başladılar.
Muştaha və Əl-Sinvar cütlüyü 2017-ci ildə HƏMAS-ın daxili texniki səbəblərdən aylarla təxirə salınan daxili seçkilərində güclərini artırdılar. Qəzza zolağında Siyasi Büronun rəhbərliyini arxa plana keçirə bildilər.
Sinvar Qəzzada Siyasi Büroya rəhbərlik edərkən, Muştaha onun ən görkəmli üzvlərindən biri olmağa müvəffəq oldu və bir neçə vəzifəni öz üzərinə götürdü – hərəkatın maliyyə işlərinə cavabdeh olan iqtisadi komitənin məsuliyyəti və Misirlə əlaqələrin koordinasiya.
ABŞ terror siyahıları
2015-ci ilin sentyabrında Muştaha ABŞ-ın terrorçu siyahısına salınıb və eyni qərarla onunla yanaşı, HƏMAS lideri Yəhya Əl-Sinvar və İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd əl-Deif də var idi.
Muştaha “Əl-Qəssam Briqadaları”nın yaradılmasındakı rolu ilə tanınan HƏMAS üzvüdür.
İsrail Muştahanın qətlinə necə nail oldu?
Keçən avqustda məhərbi mənbələr Al-Awsat-a bildirdilər ki, İsrail Qəzza şəhərində tunelləri bombalayəb və bu tunellərdə HƏMAS-ın silahlı qanadının üç hərbi və təhlükəsizlik lideri ilə birlikdə Muştəha qətlə yetirilib.
Onlardan əvvəl İsrail Əl-Qəssam Briqadaları komandirinin müavini Mərvan İsanın öldürüldüyünü elan edib.
Ehtimal ounur ki, buna bir neçə birbaşa səbəb var.
Belə ki, müharibənin əvvəlində HƏMAS tunellərin içərisində müxtəlif səviyyəli liderlərin tam təhlükəsizliyini təmin etmək, onları uzun məsafələrə və fərqli tunellər şəbəkəsi vasitəsilə bir tuneldən digərinə ötürməkdə böyük qabiliyyətə malik idi.
Lakin müharibənin başlaması ilə İsrail HƏMAS daxilindı olan casus şəbəkəsini işə saldı.
Bu versiya Livanda Hizbullahn liderlərinin qətlindən sonra daha da real hesab edilir.Bəzi mənbələr hesab edir ki, HƏMAS Hizbullahın üzləşdiyi güvənlik problemindən sonra təşkilat daxilində casus ovuna başlayıb.