QÜDS, ArabAZ
İbrani mediası Qəzza zolağında Fələstin HƏMAS hərəkatının lideri Yəhya əl-Sinvarın öldürülməsində iştirak edən əsgərlərdən birinin açıqlamalarını yayıb.ArabAZ xəbər verir ki, məlumata görə, İsrail ordusu dünən günorta (çərşənbə günü) Sinvarın yerləşdiyi binaya raketlə zərbə endirib, daha sonra binanın içindəkilərin öldürüldüyünü təsdiqləmək üçün binaya dron göndərib.Bu mərhələdə İsrail qüvvələri hədəf aldıqları silahlının Sinvar olduğunu bilmirdilər.
“Pilotsuz təyyarə dağılan binanın içərisinə çatdıqda, üzü örtülü olan əl-Sənvar dronu vuraraq yerə salmaq üçün nəsə atmağa çalışıb. Bu zaman HƏMAS liderinin üzərinə əlavə atəş açılıb.Yalnız axşam əsgərlər hadisə yerinə şəxsən gəldikdən sonra öldürdükləri silahlının kim olduğunu başa düşdülər”-deyə adı açıqlanmayan israil əsgəri bildirib.
Qeyd edək ki, dünən İsrail ordusu öz qüvvələrinin “Təl əl-Sultan məhəlləsində qaçmaq üçün bir evdən digərinə qaçan 3 terrorçunu gördüyünü və onlarla toqquşma təşəbbüsü ilə terrorçulara hücum etdiyini” açıqlayıb.
“Yəhya əl-Sinvar təkbaşına binalardan birinə qaçdı, burada qüvvələrimiz pilotsuz uçan aparat vasitəsilə ərazini araşdırdı. Əl-Sinvarın son anlarında üzü bağlı vəziyyətdə pilotsuz uçan aparata doğru taxta atdığı görülüb. Onun binanın içində terrorçu olduğunu müəyyən etdikdən sonra binaya atəş açdıq və tımizləmə əməliyyatı keçirdik. Öldürdüksən sonra onun üzərindən qoruyucu jilet, silah və 40 min şekel olduğunu gördük”.
Hadisə yerindən çəkilmiş şəkillərdə Əl-Sənvarın silah, pul və şəxsiyyət vəsiqələri və digər əşyalarla birlikdə tapıldığı göstərilir.
Dünən səhər saatlarında İsrail ordunun onun ləğvi ehtimalı ilə bağlı araşdırma elan etməsindən bir neçə saat sonra Əl-Sinvarın Qəzza zolağının cənubundakı Rəfahda evə hücumu zamanı təsadüfən öldürüldüyünü rəsmən elan edib.
İsrail ordusunun sözçüsü Avichai Adraee “7 oktyabr qırğınının təşkilatçısının məhv edildiyini” açıqlayıb. O, ordu və Şin Bet (Daxili Təhlükəsizlik) adından verdiyi açıqlamada, “Bir il davam edən axtarışın sonunda, dünən (çərşənbə günü) Qəzza zolağının cənubunda Yəhya Sinvar adlı terrorçu öldürüldü”-deyin.
Adraee deyib ki, ordu və Şin Bet “son aylar ərzində Yəhya Sinvarın əməliyyat sahəsinin azaldılmasına səbəb olan onlarla əməliyyat keçirib və bu, nəhayət onun aradan qaldırılmasına töhfə verib”-deyə bildirib.