ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz çərşənbə axşamı İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani ilə bölgədəki son hadisələri və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün göstərilən səyləri müzakirə edib. ArabAZ xəbər verir ki, tərəflər arasındakı telefon danışığı zamanı, zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi yollarını nəzərdən keçirib, həmçinin ortaq maraq doğuran mövzuları müzakirə ediblər.