ANKARA,ArabAZ
Türkiyədə TUSAŞ (Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı) obyektlərinə terror hücumu olub.
ArabAZ xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
“Türk Aviasiya və Kosmos Sənayesi A.Ş.-nin (TUSAŞ) Ankara Kahramankazan obyektlərinə qarşı terror hücumu həyata keçirilib. Hücum nəticəsində, təəssüf ki, şəhidlərimiz və yaralılarımız var,” – nazir qeyd edib.
