MƏKKƏ,ArabAZ,ƏHMƏD SALİH HƏLƏBİ
Söhbət Məkkədən gedirsə, onun coğrafi mövqeyindən və mənşəyindən bəhs edən hərtərəfli və əhatəli söhbətə ehtiyac var.
Çünki, Məkkə sürətli inkişafa şahidlik edən qədim bir şəhər olmaqla yanaşı,körpə İsmayıl leyhissalam və onun anası Hacəri bağrına basan şəhərlərin anasıdır.
Məkkə eyni zamanda Aləmlərə rəhmət olaraq göndərilən,peyğəmbərlərin sonuncu həzrəti Məhəmmədə də şahidlik edən bir şəhərdir.
Bu gün mən Şəcərə məscidi haqqında qısaca danışacağam ki, o, cənub tərəfdə Əl-Cin məscidi boyunca yerləşir və Məscidül-həramdan təxminən beş yüz metr aralıdadır və Əl-Cin məscidinə bitişikdir və yaxındır. Bu məscid Qəzza tərəfdən Əl-Məala qəbiristanlığının girişinə qədərdir.
Onun “Əl-Şəcərə” (ağac məscidi) adlandırılmasına gəlincə, bu, Peyğəmbərlə bağlıdır.
Peyğəmbərimiz, Məscidül Cinin olduğu yerdə cinlərdən ibarət bir heyətlə görüşdü. Peyğəmbərimiz Qurani-Kərimi müxtəlif vaxtlarda və yerlərdə cinlərə vəhy çatdırmaq üçün oxuyurdu. Bir gün Abdullah ibn Məsudla Hacunun yaxınlığında bir yerə getdikdə, o, yerə bir xətt çəkdi və ondan keçməməsini istədi və xəttin kənarında olan cinlərə Quran oxudu.
İbn Məsud belə rəvayət edir: “Cinlər Peyğəmbərimizə tərəf gələrək, “Kim şəhadət verəcək ki, sən Allahın Rəsulusan?”-deyə soruşdular. Yaxınlıqda saqqız ağacı var idi. Peyğəmbərimiz o ağaca işarə edərək buyurdu; “O ağacı görürsən? Əgər o, şahidlik etsə, iman gətirəcəksinizmi? Cinlər: “Bəli, iman gətirərik” dedilər. Bunun üzərinə Peyğəmbərimiz ağacı çağırdı və ağac onlara sarı gəldi; “Mənim Allahın Rəsulu olduğuma şəhadət verəcəksənmi?” – deyə soruşdu. Ağac dedi: “Şəhadət verirəm ki, sən Allahın Rəsulusan”. Daha sonra həmin ağacın yerləşdiyi yerdə və bu möcüzənin baş verdiyi yerdə məscid tikildi.