BEYRUT,ArabAZ
Livan Hizbullahı ötən il sentyabrın 27-də İsrailin hücumu nəticəsində öldürülən Həsən Nəsrullahın yerinə Naim Qasimin partiyanın baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Naim Qasim kimdir?
Livan Hizbullahı ötən il sentyabrın 27-də İsrailin hücumu nəticəsində öldürülən Həsən Nəsrullahın yerinə Naim Qasımın partiyanın baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.
Livanın Hizbullah qruplaşmasının baş katibinin müavini Naim Qasim bu ayın əvvəlində etdiyi çıxışda qrupun Livanda atəşkəsə nail olunmasına yönəlmiş səyləri dəstəklədiyini bildirib.
O, televiziyada yayımlanan 30 dəqiqəlik çıxışında Hizbullahın qrupun müttəfiqi olan Livan parlamentinin sədri Nəbih Berrinin atəşkəsə nail olmağa yönəlmiş səylərini dəstəklədiyini bildirib. Lakin bunun üçün ilk növbədə İsrailin Qəzzada hərbi əməliyyatları dayandırmasını tələb edib.
Bu çıxış Hizbullahın yüksək səviyyəli lideri Haşim Safi əd-Dinin İsrailin hücumunda hədəf alınmasından bir neçə gün sonra və qrupun baş katibi Həsən Nəsrullahın öldürülməsindən 11 gün sonraya təsadüf edib.
Keçən həftə Qasım, televiziyada yayımlanan 19 dəqiqəlik çıxışında qrupun ilk fürsətdə Həsən Nəsrullahın yerinə yeni Baş Katib təyin edəcəyini söylədi və İranın dəstəklədiyi hərəkatın İsrailə qarşı mübarizəsini davam etdirəcəyinə söz verdi.
Qasim haqqında bəzi faktları təqdim edirik:
O, qrupun ilk üvlərindən biridir və 1991-ci ildən baş katibin müavini vəzifəsində çalışır.
O, 1992-ci ildə İsrail vertolyotunun hücumu nəticəsində öldürülən Hizbullahın keçmiş baş katibi Abbas əl-Musəvinin dövründə baş katibin müavini təyin edilib və Nəsrullah qrupa rəhbərlik edəndə də vəzifəsində qalıb.
O, siyasi fəaliyyətinə 1974-cü ildə əsası qoyulan Livan şiə “Amal” hərəkatında başlayıb. O, bir çox Livanlı gənc şiə fəalların siyasi düşüncəsini formalaşdıran İran İslam İnqilabından sonra 1979-cu ildə “Amal”ı tərk edib. O, 1982-ci ildə İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən qurulan Hizbullahın yaranmasına səbəb olan görüşlərdə iştirak edib.
Uzun müddət Hizbullahın tanınmış sözçülərindən biri olaraq qalıb və xarici mediaya çoxlu müsahibələr verib.
1992-ci ildə qrup ilk dəfə namizədliyini irəli sürdüyündən bəri Hizbullahın parlament seçki kampaniyalarının baş koordinatoru vəzifəsində çalışır.
2005-ci ildə Qasim Hizbullahın tarixini izah etdiyi bir kitab yazıb.
O, 1953-cü ildə Beyrutun Basta əl-Taxta bölgəsində anadan olub və ailəsinin mənşəyi Livanın cənubunda, əksəriyyəti şiə olan Kfarfilaya gedib çıxır. Ailəlidir, altı övladı var.