ƏR-RİYAD,ArabAZ
Fələstin dövlətinin yaradılması israillilərin və ya İsrailin istəyinə bağlı deyil, ArabAZ xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan deyib.
O qeyd edib ki, bu beynəlxalq hüququn qayda və prinsipləri və BMT qətnamələri ilə bağlıdır.
“Fələstin ən qısa zamanda Birləşmiş Millətlər Təşkilatının üzvü olmalıdır. Fələstin dövlətinin qurulması üçün həll yolu və aydın bir yol tapmasaq, çox ciddi problemlərlə üzləşəcətik”-deyə o bildirib.
Bin Fərhan, İranın Səudiyyə Ərəbistanına regional gərginliyin davam etməsinin onun maraqlarına uyğun olmadığını bildirərək, iranlı həmkarı Abbas Əraqçiyə regionda hər hansı gərginliyin qarşısının alınmasının vacibliyini çatdırıb.