BAKI,ArabAZ
Əsl adı Vail Hamdan İbrahim Əl-dahduh 30 aprel 1979-cu ildə Qəzzada dolğulub.
Onun jurnalist karyerası, 1998-ci ildən başlayır və o uzun zaman , Əl-Qüds qəzetində, Fələstinin səsi, Əl-Cəzirə və Əl-Ərəbiyyə telekanallarında müxbir işləyib.
İbtidai və orta təhsilini Qəzza şəhərində bir neçə məktəbdə alıb. O, 1988-ci ildə orta məktəb diplomunu aldıqdan dərhal sonra həbs olunub və İsrail həbsxanalarında yeddi il keçirib. 1998-ci ildə Qəzza İslam Universitetində jurnalistika və media üzrə bakalavr dərəcəsi alıb , İsrail onun xaricə təhsil almasına mane olduqdan sonra 2007-ci ildə Əl-Qüds Universitetində regionşünaslıq üzrə magistr dərəcəsi alıb.
Əl-Dahduh 1998-ci ildə mətbuatda işləməyə başlayıb. 2004-cü ildən Əl-Cəzirənin Qəzza zolağındakı ofisinin rəhbəri olub.
Əl-Dahduhun ailəsinin çoxlu üzvü İsrail-Həmas müharibəsi zamanı İsrail hərbçiləri tərəfindən öldürülüb . Onun həyat yoldaşı, yeddi yaşlı qızı və 15 yaşlı oğlu İsrailin 28 oktyabr 2023-cü ildə Nuseyrat qaçqın düşərgəsinə endirdiyi hava zərbəsində həlak olub. Bundan öncə onun qohumlarından səkkiz nəfəri İsrail bombardmanı nəticəsində həlak olmuşdu.
15 dekabr 2023-cü ildə Əl-Dahduh və onun operatoru Samer Əbu Daqqa Xan Yunisdə Hayfa məktəbinin hava hücumunu izləyərkən İsrail raketi ilə vuruldu, Dahduh yaralandı ,Əbu Daqqa isə ölümcül yaralandı. Bir çox ailə üzvlərinin ölümünə və yaralanmasına baxmayaraq, hər iki hadisədən sonra tez bir zamanda müharibə haqqında reportajlara davam etdi. O Fələstinin səsi olmuşdu və mütəmadi olaraq Qəzzadan video materiallar təqdim edirdi.
Onun oğlu jurnalist Həmzə əl-Dahduh 7 yanvar 2024-cü ildə Xan Yunisdə İsrailin hava hücumu nəticəsində öldürüldü və onun iki qardaşı oğlu ertəsi gün hava hücumunda öldürüldü.