Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Suriya və Qətər regionda sabitliyi dəstəkləyir

Aprel 22, 2026 6:34 axşam
Paylaş
Paylaş

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani və Suriya prezidenti Əhməd əş-Şəraa çərşənbə günü regional və beynəlxalq vəziyyətdəki son hadisələri müzakirə ediblər. Hər iki tərəf regionda təhlükəsizlik və sabitliyin dəstəklənməsinə sadiq olduqlarını vurğulayıblar.

ArabAZ xəbər verir ki, Qətər Diovanından verilən məlumata görə, çərşənbə günü Dohada, Əmiri Divanda keçirilən görüş zamanı iki ölkə arasındakı ikitərəfli əməkdaşlıq münasibətləri və onların müxtəlif sahələrdə dəstəklənməsi və inkişaf etdirilməsi yolları nəzərdən keçirilib.

Qətər əmiri Əş-Şəraanın Dohaya səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə və müxtəlif sahələrdə daha geniş səviyyələrə yüksəlməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Suriya prezidenti də öz növbəsində ölkəsinin Qətər dövləti ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə və iki ölkənin, eləcə də xalqların ümumi maraqlarına xidmət edəcək şəkildə möhkəmləndirməkdə maraqlı olduğunu təsdiqləyib.

Zati-aliləri Suriya prezidenti, İranın Qətərə və regionun bir sıra digər ölkələrinə qarşı təcavüzündən sonra ölkəsinin Qətər dövləti ilə həmrəyliyini, habelə suverenliyini, təhlükəsizliyini və vətəndaşlarının salamatlığını qorumaq üçün Qətərin həyata keçirdiyi tədbirlərə dəstəyini ifadə edib.

Görüşdə Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani, Əmiri Divanın rəhbəri Abdulla bin Məhəmməd əl-Xüleyfi, xarici işlər üzrə dövlət naziri doktor Məhəmməd bin Əbdüləziz əl-Xüleyfi və bir sıra digər yüksək rütbəli rəsmilər iştirak ediblər.

Suriya tərəfindən isə görüşdə xarici işlər və mühacirlər naziri Əsəd əş-Şeybani və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Qətər əmiri və Suriya prezidenti ikitərəfli görüş keçirərək qarşılıqlı maraq doğuran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Qətər

Qatar Airways-dən möhtəşəm uğur

Müəllif:
ArabAZ News
QətərSuriyaYaxın Şərq

Qətərin daxili işlər naziri suriyalı həmkarı ilə görüşüb

Müəllif:
ArabAZ News
Qətər

Qatar Airways 150 istiqamətə uçuşları bərpa edir

Müəllif:
mail.azerpress@gmail.com
Qətər

Qətər-ExxonMobil tərəfdaşlığı genişlənir

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.