Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

ABA Liqasının finalları Dubayda keçiriləcək

İyun 4, 2026 12:38 axşam
Paylaş
Paylaş

“Dubay Basketbol” (Dubai Basketball) klubu ABA Liqasının (ABA League) final mərhələsinin birinci və ikinci oyunlarında, müvafiq olaraq iyunun 4-ü və 6-da şəhərin məşhur “Coca-Cola Arena” stadionunda Belqradın “Partizan” (Partizan Belgrade) komandası ilə qarşılaşacaq. ABA Liqası rəhbərliyi, “Dubay Basketbol” və “Partizan Belqrad” klubları ilə koordinasiyalı şəkildə, Dubay təmsilçisinin bir neçə aylıq ayrılıqdan sonra çoxdan gözlənilən doğma şəhərə rəsmi qayıdışını təsdiqləyib.

ArabAZ xəbər verir ki, cari ilin fevral ayından bəri “Dubay Basketbol” klubu regional köçürülmə dövründə ev oyunlarını Bosniya və Herseqovinada keçirmək məcburiyyətində qalmışdı; bu müddətdə Sarayevo (Sarajevo) və Zenitsa (Zenica) şəhərləri klub üçün müvəqqəti rəsmi məkan rolunu oynayıb. ABA Liqasının finalına yüksəlmək klub üçün çox mühüm bir tarixi mərhələdir. Liqada çıxış etdiyi cəmi ikinci mövsümdə “Dubay Basketbol” indi öz rəsmi ev meydanında ilk liqa çempionluğu uğrunda mübarizə aparacaq.

“Dubay Basketbol” klubunun həmtəsisçisi və baş direktoru (co-CEO) Deyan Kamenyaseviç (Dejan Kamenjasevic) qayıdışla bağlı rəsmi bəyanat verib.

 “Bu final oyunlarını yenidən Dubaya gətirməkdən böyük məmnunluq duyuruq. Son bir neçə ay ərzində oyunçularımız, rəsmi heyətimiz və tərəfdarlarımız inanılmaz dözümlülük və sadiqlik nümayiş etdirdilər. Klubun tarihindəki ən böyük oyunlar üçün evə qayıda bilmək ‘Dubay Basketbol’ ilə bağlılığı olan hər kəs üçün xüsusi bir andır. Biz bu oyunları Dubay və xalqımız üçün oynayırıq. Bu səyahət boyu harada oynamağımızdan asılı olmayaraq fanatlarımızın dəstəyini hiss etdik, indi isə nəhayət onların qarşısında çıxış etmək rəsmi fürsətimiz var. ‘Coca-Cola Arena’nı dolu görməyi, şəhərimiz, tərəfdarlarımız və regionda basketbolun inkişafı üçün unudulmaz bir atmosfer yaratmağı səbirsizliklə gözləyirik”.-deyə o bildirib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportArab+

İraq millisi DÇ-2026-ya hazırlaşır-İlk rəqib Andorra olacaq

Müəllif:
ArabAZ News
Arab SportArab+

Qətər Fondu və BAL əməkdaşlığının detalları açıqlanıb

Müəllif:
ArabAZ News
Arab SportArab+ArabShowFələstinYaxın Şərq

Elyanna FIFA Dünya Çempionatının rəsmi səsi oldu

Müəllif:
ArabAZ News
Arab+ArabShow

Doha Film Festivalı 2026 film qəbulu elan edib

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.