Beyrut,ArabAZ
Ağ Evin Yaxın Şərq məsələləri üzrə müşaviri Brett Makqurkun cümə günü Livan Hizbullahının lideri İbrahim Aqilin öldürülməsi ilə bağlı açıqlaması, hardasa 2008-ci ildə Dəməşqdə İmad Muğniyənin öldürülməsi zamanı edilən açıqlamanı xatırladır.
“Prezident Co Baydenin administrasiyası Aqilin öldürülməsi ilə bağlı bircə dəfə belə göz yaşı tökməyəcək”, çünki o, “40 ildir Beyrutda səfirliyin bombalanmasına görə məsuliyyət daşıyırdı. 2008-ci ildə Amerikanın rəsmi nümayəndəsi Muğniyə Dəməşqdə bomba yüklü avtomobillə öldürüldükdən sonra “İmad Muğniyəsiz dünya daha yaxşıdır” -deyə Makqurk Vaşinqtonda İsrail-Amerika Şurasının konfransında çıxışı zamanı bildirib.
Muğniyə və Aqil Birləşmiş Ştatlar tərəfindən 1983-cü ildə Beyrutdakı Amerika səfirliyini hədəf alan terror aktlarında iştirakda ittiham olunurlar. O vaxt Hizbullah hələ öz varlığını rəsmi olaraq elan etməmişdi və “İslami Cihad Təşkilatı” da qeyri rəsmi Hizbullah tərkibində idi.
Birləşmiş Ştatlar bu partlayışlarda dörd axtarışda olan şəxs təyin etdi. Onlardan biri, Muğniyə, digəri Aqil, üçüncüsü Fuad Şükr və dördüncü uzun zaman axtarışda olan və 2012-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən qlobal terrorçu kimi təsnif edilən Talal Hamiyah idi.
İsrailin intiqam əməliyyatlarının əksəriyətini Livanın cənubunda həyata keçirildi.
“İslami Cihad Hərəkatı”
Vaşinqton bildirir ki, 1983-cü ildə dəniz piyadalarının qərargahına hücuma görə məsuliyyəti üzərinə götürən İslami Cihad hərəkatı, Fransa sülhməramlı qüvvələrini hədəf alan Hizbullaha bağlı terror təşkilatıdır.
Bu terror aktları zamanı 241 dəniz piyadası və digər Amerika personalı, 58 fransız əsgəri və 6 mülki şəxs həlak olub. O vaxtdan bəri hücuma nəzarət edən İslami Cihad Hərəkatının bir sıra üzvləri, o cümlədən Talal Hamiya və Fuad Şukr Hizbullahın rəhbərliyinə keçiblər.
Fransa Livanın şərqindəki Bekaa vadisində “İran İnqilabı Keşikçiləri”nə aid olduğu iddia edilən ərazilərə və “Hizbullah” döyüşçülərini öyrətdiyi güman edilən İran İnqilab Keşikçiləri Korpusuna hava zərbələri endirib.
İmad Muğniyə partlayışın arxasında duran ən önəmli fiqurlardan biri idi. Muğniyə və Aqildən əlavə, Fuad Şükrün də da 1983-cü ildə Beyrutda dəniz hücumunda rol aldığı iddia edilir. Onların hamısıs ABŞ-ın sanksiya siyahısında idilər.
Dünya 1982-1992-ci illər Livanda Amerika vətəndaşlarının öldürülməsinin şahidi oldu. Vaşinqton bildirir ki, bu müddət ərzində “Hizbullah və Hizbullahla əlaqəsi olan terrorçular əksəriyyəti qərbli olmaqla 100-ə yaxın əcnəbi vətəndaşı qaçırıb saxlayıblar”.