Beyrut,ArabAZ
Amerika rəsmisi bazar ertəsi bildirib ki, Birləşmiş Ştatlar Livandakı böhranı cilovlamaq üçün “konkret addımlar” təqdim edir və Vaşinqton İsrailin Hizbullahı hədəf alan yerüstü hərbi əməliitaların əleyhinədir.
ArabAZ xəbər verir ki, bu haqda adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib. “Bizim konkret ideyalarımız var ki, bu həftə müttəfiqlərimiz və tərəfdaşlarımızla müzakirə edəcəyik. Birləşmiş Ştatlar “ilk növbədə döyüşlərin daha da genişlənməsinin qarşısını alan çıxış yolu” tapmağa çalışır. Amerika təklifləri “gərginliyin azaldılmasına və sərhədin hər iki tərəfindəki insanların yaxın gələcəkdə təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına imkan verən diplomatik prosesə keçidə” imkan verəcək.”-deyə o bildirib
Qeyd edək ki, bazar ertəsi səhərdən etibarən İsrailin Livanın cənub və şərqinə təşkil etdiyi reydlər nəticəsində ölənlərin sayı 492 nəfərə, yaralıların sayı isə 1600-dən çox olub ki, bu da Hizbullah və İsrail arasında təxminən bir il əvvəl Hizbullahla İsrail arasında müharibə ilə paralel başlayan gərginlikdən bəri misli görünməmiş gündəlik sayıdır
Əlaqəli Xəbərlər
Şərh əlavə et
Haqqımızda
ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2025 Bütün haqları qorunur. AzərPress.