Bakı, ArabAZ
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Hizbullah ilə gərginliyi müzakirə etmək üçün İsrailə səfər edəcəyi gözlənilir.
ArabAZ xəbər verir ki, bu barədə ABŞ KİV-lər paylaşım edib.
Qeyd edilib ki, Lloyd Ostin 22-23 sentyabrda İsrailə səfər edəcək.
Adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə əsaslanan xəbərdə Ostinin İsrailə səfərinin gündəminin Hizbullahla gərginlik olduğu bildirilib.
Xatırladaq ki, oktyabrın 8-dən sərhəddə İsrail ordusu ilə Hizbullah arasında toqquşmalar gedir.
Təl-Əviv rəhbərliyinin Livana genişmiqyaslı hücuma keçə biləcəyi ilə bağlı xəbərlər getdikcə artır.
İsrailin Livana sızaraq peycerləri partlatması nəticəsində Hizbullahla gərginliyin daha da artdığı bildirilib.