Bağdad,ArabAZ
ABŞ rəhbərliyində olan koalisiya ordusu İraqdan çıxacaq.ArabAZ xəbər verir ki, bu haqda İraq höküməti və ABŞ rəhbərliyinin birgə bəyanatında deyilir.
“Biz koalisiyanın İraqdakı missiyasının 12 ay ərzində və 2025-ci ilin sentyabr ayının sonundan gec olmayaraq başa çatdığını elan edirik”-deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, koalisiyanın Suriyadakı hərbi missiyası 2026-cı ilin sentyabrına qədər davam edəcək