BAKI,ArabAZ
ABŞ öz qüvvələrini Suriyadan çıxarmağı planlaşdırmır və Birləşmiş Ştatalar birgə işlədiyi qüvvələrə sadiqdir.ArabAZ xəbər verir ki, bunu ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Ethan Qoldriç “Şərq Əl-Avsat”-a deyib.
“Suriya siyasətimizi yenicə nəzərdən keçirmişdik və gördük ki, diqqətimizi Suriyadakı insanların əziyyətini azaltmağa yönəltməliyik. Biz zorakılığı azaltmalı idik. Biz görülən işlərə görə rejimi cavabdeh tutmalı idik və ən əsası ABŞ-ın nöqteyi-nəzərindən İŞİD-in ölkəmiz və digər ölkələr üçün yenidən təhdid olaraq ortaya çıxmasının qarşısını almalıyıq”-deyə o bildirib.
Qoldriç qeyd edib ki, hazırda ABŞ diqqətini İŞİD-in yenidən meydana çıxmaması üçün orada olan missiyaya yönəldib.
Əlaqəli Xəbərlər
Şərh əlavə et
Haqqımızda
ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.