QÜDS,ArabAZ
Almaniya hökuməti Birləşmiş Millətlər Təşkilatının Livandakı missiyasında (UNIFIL) iştirak edən alman əsgərlərini İsraillə əməkdaşlıqda ittiham edən xəbərləri təkzib edib. ArabAZ xəbər verir ki, bu haqda Almaniya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
“Livandakı Hizbullaha yaxın media, Almaniya və Almaniyanın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının Hərbi Dəniz Qüvvələrinin Livandakı döyüş əməliyyatlarına İSrailin leyhinə müdaxilə etdiyi barədə xəbər yayır. Almaniya hökuməti bu ittihamları qəti şəkildə rədd edir”-dryə, nazirliyinin açıqlamasında deyilir.
Qeyd edək ki, Almaniya hazırda Birləşmiş Millətlər Təşkilatının, UNIFIL-də 100-ə yaxın əsgəri ilə iştirak edir və onlardan təxminən 40-ı döyüşlər keçirilən ərazinin ortasında Naqouradakı sülh missiyasının qərargahındadır. Almaniyanın Birləşmiş Millətlər Təşkilatı qüvvələrinin dəniz hissəsinə də rəhbərlik etdiyi “Ludwigshafen am Rhein” adlı alman döyüş gəmisinin göyərtəsində 60-a yaxın alman əsgəri var.
Almaniya Müdafiə Nazirliyi bəyanatda bildirib: “Almaniya tərəfindən maliyyələşdirilən Livan Sahil Radar İdarəsi Livan əsgərləri tərəfindən idarə olunur. Livan Ordusu radar stansiyalarından əldə edilən məlumatın nə baş verdiyini və onu kimin qəbul etdiyini müəyyən edən və nəzarət edən ordudur. Hərbi Dəniz Qüvvələrinin İsrail ordusu ilə birbaşa əlaqəsi yoxdur”