Cümə, 10 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Ancelina Colinin “Couture” filmi Səudiyyə ekranlarında

Ancelina Colinin “Couture” filmi Səudiyyə ekranlarında

İyul 10, 2026 4:26 səhər
Paylaş
Paylaş

Ancelina Colinin baş rolda çıxış etdiyi və bəlkə də karyerasının ən həssas, emosional performansını nümayiş etdirdiyi “Kutyur” (Couture) filmi iyulun əvvəlindən etibarən Səudiyyə Ərəbistanı kinoteatrlarında nümayiş olunmağa başlayıb. ArabAZ xəbər verir ki, ötən il Toronto Beynəlxalq Film Festivalında debüt edən, daha sonra Fransa və ABŞ-da təqdim olunan ekran əsərinin Krallıqdakı nümayişi Paris Yüksək Dəb Həftəsi (Paris Haute Couture Week) ilə eyni vaxta təsadüf edib.

Rejissor Alis Vinokurun (Alice Winocour) ekranlaşdırdığı filmdə Coli, Paris Dəb Həftəsinin qızğın çağında qorxu filmi çəkmək üçün Fransaya gələn amerikalı rejissor Maksin Volker (Maxine Walker) obrazını canlandırır. Maksin Fransa paytaxtına çatdıqdan sonra iş axınının və çəkiliş meydançasındakı süni dumanın içində gözlənilməz bir telefon zəngi alır. Bu zəng ona real həyatın dəhşətini – dünyada hər gün minlərlə qadının qarşılaşdığı döş xərçəngi diaqnozunu xəbər verir. O, karyerasının ən böyük sıçrayışı ilə bu ağır xəstəliyə qarşı aparacağı şəxsi mübarizə arasında çətin seçim etmək məcburiyyətində qalır. Tam qaydasına düşən həyatı bir anda alt-üst olur.

Filmdə Maksinin yolu müxtəlif taleyüklü qadınlarla kəsişir.Onlardan biri yoxsulluqdan və əczaçılıq məktəbindən gələrək parlayan Cənubi Sudanlı model Ada, digəri gizlicə yazıçı olmaq xəyalı quran vizajist Anjel və çəhrayı saçlı dərzi Kristin.

Maraqlı bir fakt ondan ibarətdir ki, bu film məşhur “Chanel” moda evinin Parisdəki sərgi zalı və atelyesində çəkilişlərinə rəsmi icazə verilən ilk bədii ekran əsəridir.

Dəb dünyasında bir geyimin “kutyur” (couture) adlanması üçün onun bənzərsiz, tək və əllə tikilmiş olması, yüzlərlə saatlıq əmək tələb etməsi şərtdir. Film poetik bir dillə bizə təqdim etdiyi qadınların hər birinin əslində bir “kutyur” – unikal bir sənət əsəri olduğunu göstərir. Ekran müddəti az olsa da, dərzi Kristin personajı filmdəki əmək, fədakarlıq və qadınlıq mövzularını birləşdirən simvolik bir rol oynayır. O, model Adanın podiumda geyinəcəyi final libasını əllə tikmək tapşırığını icra edir.

Filmdə çox təsirli bir paralel qurulub: Kristinin donun qumaşını oturtmaq üçün manekenin büstünə çəkdiyi qırmızı rəngli cizgilər, onkoloqun mastektomiya (döşün kəsilməsi) əməliyyatından əvvəl Maksinin bədəninə çəkdiyi tibbi marker xətlərini tam eynilə əks etdirir. Bu paralel işçi sinfindən olan mübariz qadınların tökdüyü real qanı, təri və göz yaşlarını göz önünə gətirir.

Ancelina Colinin real həyatı ilə paralellər

Ssenari Ancelina Colinin şəxsi həyatı ilə də sıx bağlıdır. Belə ki, aktrisanın doğma anası 2007-ci ildə məhz döş xərçəngindən vəfat edib. Coli özü isə 2013-cü ildə xərçəng riskinə qarşı preventiv olaraq hər iki döşünü kəsdirmiş (double mastectomy) və bu barədə “The New York Times” qəzetində geniş və səmimi bir məqalə qələm almışdı.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab+ArabLyrics

Hamza Nəmirə və Sami Yusuf vəhdəti

Müəllif:
ArabAZ News
Arab SportArab+

Dünya Çempionatında ərəb azarkeşləri nə gözləyir

Müəllif:
ArabAZ News
Arab+ArabShow

Bella Hadid Orebella markasından iki yeni ətri təqdim etdi

Müəllif:
ArabAZ News
Arab SportArab+

Özünü sübut etmək istəyən 5 ulduz futbolçu

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.