Author: Arab Az

ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanı və Litva bazar mülki aviasiya və hava nəqliyyatı xidmətlərində əməkdaşlıq haqqında saziş imzalayıblar. ArabAZ xəbər verir ki, müqavilə Krallığın Mülki Aviasiya Baş İdarəsinin prezidenti Əbdüləziz Əl-Duailej və Litvanın Səudiyyə Ərəbistanındakı səfiri Ramunas Davidonis tərəfindən Ər-Riyadda imzalanıb. Müqaviləyə əsasən,iki ölkə hava nəqliyyatı daşımaları üçün normativ bazaların hazırlanması və milli hava daşıyıcılarının əməliyyat şəbəkəsinin genişləndirilməsi üzərində çalışacaqlar. Əməkdaşlıq Səudiyyə Ərəbistanının mülki aviasiya və hava nəqliyyatı xidmətləri üçün qlobal logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək,

Ətraflı

BAKI,ArabAZ Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyəti ilə görüşüb. ArabAZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. Müdafiə naziri ölkələrimiz arasında dostluq və qardaşlıq prinsipi üzərində qurulan əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini və hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət mərkəzində saxlanıldığını bildirib. Cari ilin 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “ADEX” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanının geniş tərkibdə nümayəndə heyəti ilə…

Ətraflı

TUNİS,ArabAZ Bu ilin yanvar-noyabr aylarında Tunisin turizm gəlirləri 2,2 milyard dollar təşkil edib. ArabAZ xəbər verir ki, bunu Tunis Milli Turizm İdarəsinin direktoru Helmi Hüseyn deyib. Hüseyn Tunisi bu ilin analoji dövründə,Tunisi ziyarət edən turistlərin sayının təxminən 9,9 milyona çatdığına diqqət çəkərək, bu ilin sonuna qədər turist sayının 10 milyonu keçəcəyini qeyd edib. “İlin sonuna qədər öıkəni ziyartə edən turist sayı 10 milyon nəfəri keçəcək və bu göstərici rekord hesab edilə bilər”-deyə o bildirib. Nazirin sözlərinə görə, Tunisdə ən çox turist sayı 2019-cu ildə qeydə alınıb ki, bu da təxminən 9,5 milyon turis olub. Qeyd edək ki, turizm sektoru Tunis…

Ətraflı

Bağdad,ArabAZ İraq Beynəlxalq Kitab Sərgisinin beşinci sessiyasının fəaliyyəti sabah, çərşənbə günü, dekabrın 14-nə qədər davam edəcək.ArabAZ xəbər verir ki, sərgi Bağdad da baş tutacaq. Sərgi 2003-cü ildə Dəməşqdə olan sonra Bağdada köçmüş media və mədəniyyət qurumu olan Əl-Mada Media, Mədəniyyət və İncəsənət Fondu tərəfindən təşkil olunur. Bu il keçirilən sessiyada 17 ərəb və xarici ölkədən 350-dən çox nəşriyyat evi iştirak edir. Beşinci sərgi “Livan” adını daşıyır, ondan əvvəlki sərgi isı “Fələstin” adını daşıyıb və bu adlar Livan və Fələstin xalqları ilə həmrəylik nümayişi olaraq seçilib. Sərgidə eyni zamanda livanlı ziyalılar və mütəxəssislərin iştirak edəcək, dialoq və mədəni sessiyalar Livana həsr…

Ətraflı

ƏR-RİYAD,ArabAZSəudiyyə Ərəbistanı 60 ölkədə 200 inkişaf layihəsini dəstəkləmək üçün 6 milyard dollar ayırıb.ArabAZ xəbər verir ki, bunu Krallığın Vəliəhdi, şahzadə və baş nazir Məhəmməd bin Salman deyib. “Səudiyyə Ərəbistanı 2020-ci ildə sədrliyi dövründə G20-nin fəaliyyət xəritəsinə su məsələlərini “ilk dəfə” daxil edib, bundan əlavə, Krallığın su sektorunda 200 inkişaf layihəsini dəstəkləmək üçün 6 milyard dollar ayırıb”-deyə o bildirib.Vəliəhd Ər-Riyadda Fransa prezidenti Emmanuel Makron, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və bir sıra nazirlər və rəsmilərin iştirakı ilə keçirilən “Bir Su” sammitində çıxış edib.Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi çıxışında bildirib ki, bu gün dünya su sektorunda artan problemlərlə, o cümlədən istifadəyə yararlı suyun qıtlığı…

Ətraflı

LİVİYA,ArabAZ Liviya və Yaponiya əmkdaşlığı genişləndirilər,ArabaZ xəbər verir ki, Liviya Milli Birlik Hökumətində Baş nazirin müavini və Kənd Təsərrüfatı və Heyvandarlıq Naziri Hüseyn Əl-Qətrani Yaponiyanın Liviyadakı səfirliyinin müvəqqəti işlər vəkili Masaaki Amadera ilə görüşüb. Görüş zamanı, iki ölkə arasında əkinçilik və heyvandarlıq sahəsində əməkdaşlığın aspektlərini müzakirə edilib.Tərəflər eləcə də, xarici investorları cəlb etmək üçün Liviyada mövcud olan texnologiya transferi, potensialın artırılması və kənd təsərrüfatı investisiya imkanlarını müzakirə edib. Baş nazir Əbdül Hamed Dbeibah ötən ilin noyabrında Yaponiyanın səfiri Şimura İzuru ilə görüşərək Liviya kadrlarının ixtisasının artırılması,Yaponiyanın aparıcı təcrübəsindən faydalanmaq məqsədi ilə təlim və bacarıqların artırılması sahələrində əməkdaşlığın əhəmiyyətini müzakirə etmişdi.

Ətraflı

ƏLCƏZAİR,ArabAZ Əlcəzairli boks çempionu İman Xəlif, məşqçiləri kubalı Pedro Diaz və əlcəzairli Məhəmməd Çaunun müşayiəti ilə Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində bərpa edib. ArabAZ xəbər verir ki, Xəlif 66 kq çəki dərəcəsində Parisdə olimpiya çempionu titulunu qazandıqdan və çinli Yang Liu məğlub etdikdən üç ay sonra Amerikanın Mayami şəhərində məşqçilərinin müşayiəti ilə rəsmi İnstaqram hesabında yerləşdirdiyi fotoda məşqə qayıtdığını açıqlayıb.

Ətraflı

ƏLCƏZAİR,ArabAZ Əlcəzair və İtaliya arasında peşə təhsili sahəsində anlaşma memorandum imzalanıb.ArabAZ xəbər verir ki, memorandumu peşə təhsili və təhsil naziri Yasin Mehdi Valid və İtaliyanın təhsil naziri Cüzeppe Valditara imzalayıblar.Memorandumda həmçinin komponentlərin yeni texnologiyalar, elektron təhsil və sertifikat ekvivalentliyi üzrə səriştələrinin təkmilləşdirilməsi nəzərdə tutulur. Əl-Mehdi Valid İtaliyanın Təhsil və Hüquq Naziri ilə keçirdiyi görüşün iki ölkə arasında əməkdaşlıq əlaqələrini gücləndirəcəyini açıqlayıb.

Ətraflı

TUNİS,ArabaAZ Bərbər əsilli dahi siyasətçi Həbib Burqiba 3 avqust 1903-cü ildə dünyaya gəlib. 1920-ci illərdə Fransada hüquqşünas kimi fəaliyyət göstərib . Vətənə qayıtdıqdan sonra o, müstəmləkəçilik əleyhinə hərəkatda fəal iştirak etməyə başlayıb Burqiba.1934-cü ildə Fransadan müstəqillik uğrunda hərəkata rəhbərlik edən “Yeni Düstur Partiyası” nın qurucularından biri oldu. O, müstəmləkə hakimiyyətləri tərəfindən bir neçə dəfə həbs edilərək ölkədən qovulmuş və sonda onlarla danışıqlara başlamışdır. 20 mart 1956-cı ildə Tunis müstəqil dövlət elan edildi, 25 iyul 1957-ci ildə monarxiya ləğv edildi və Burgiba prezident seçildi. O, hakimiyyətə gəldikdən sonra iqtisadiyyatın inkişafı, ölkənin təhsil sisteminin müasirləşdirilməsini və gender bərabərsizliyinə qarşı mübarizəni əsas vəzifələri…

Ətraflı

BAKI,ArabAZ, FOCUSPLUS İsrail-Fələstin müharibəsində rəsmi bəyanatlarda və bəyannamələrdə təkrarlanan “iki dövlətli həll” ifadəsi çox vaxt sülhə gedən yol kimi təqdim olunur. Yaxşı, iki dövlətli həll yolu nədir? İki dövlətli həll ideyası İordan çayı ilə Aralıq dənizi arasında yerləşən tarixi Fələstin ərazisini iki dövlətə: İsrail və Fələstinə bölmək məqsədi daşıyır. İdeya, əsasən, ləğv edilməli olan yəhudi yaşayış məntəqələri üçün kompensasiya olaraq, İsrail və Fələstin arasında torpaq mübadiləsi yolu ilə Qəzzada və İordan Çayının Qərb Sahilinin böyük bir hissəsində Fələstin Dövlətinin yaradılmasına əsaslanır. Digər tərəfdən, iki dövlətli həll tərəfdarları Fələstin sərhədlərinin altı günlük müharibədə İsrailin Fələstin ərazisini ilhaq etməsindən əvvəl mövcud olan…

Ətraflı