Author: Arab Az

DƏMƏŞQ,ArabAZ Suriyanın devrilmiş prezidenti Bəşşar Əsəd bir həftə əvvəl Dəməşqin süqutundan sonra ölkəni tərk etmək fikrində olmadığını, lakin Suriyanın qərbindəki bazası hücuma məruz qaldıqdan sonra Rusiya ordusunun onu təxliyyə etdiyini bildirib.ArabAZ xəbər verir ki,  bu açıqlama Əsədin üsyançı qruplar tərəfindən devrilməsindən sonra ilk açıqlamadır. Əsəd Facebook səhifəsində verdiyi açıqlamada üsyançıların paytaxta hücumundan bir neçə saat sonra dekabrın 8-i səhər Dəməşqi tərk etdiyini bildirib. O, Rusiya müttəfiqləri ilə razılaşdırılmış şəkildə Latakiya sahilindəki Rusiya bazasına getdiyini və burada döyüşü davam etdirməyi planlaşdırdığını söylədi. Əsəd bildirib ki, Rusiya bazası pilotsuz təyyarələrin hücumuna məruz qaldıqdan sonra ruslar dekabrın 8-nə keçən gecə onu Rusiyaya köçürmək…

Ətraflı

DƏMƏŞQ,ArabAZ Qətər çərşənbə axşamı Suriyadakı səfirliyini yenidən açacaq,ArabAZ xəbər verir ki. Bu haqda Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Qətər 13 ildən çox müddətə bağlı qaldıqdan sonra Suriyadakı səfirliyini çərşənbə axşamı yenidən açacaq”-deyə XİN bəyanatında deyilir. Qeyd edək ki, Qətərin Dəməşqdəki səfirliyi 2011-ci ilin iyul ayında Əsəd rejiminin etirazçılara qarşı ölümcül repressiyalarından – 13 ildir davam edən vətəndaş müharibəsinə səbəb olan zorakılığa etiraz olaraq bağlanıb. Doha son illərdə Əsəd hökuməti ilə münasibətləri düzəltmək və Dəməşqlə diplomatik münasibətləri bərpa etmək üçün bir sıra ərəb ölkələrinin səylərinə qoşulmayıb. Heyət Təhrir əş-Şam (HTS) qruplaşmasının başçılıq etdiyi müxalifətin ildırım sürəti dekabrın 8-də Əsədin devrilməsinə…

Ətraflı

Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti. Yaxın Şərqdə intensiv proseslər gedir. Suriya artıq yenidən şəkillənir. Bu şəkillənmə istər müsəlman dünyasında, istərsə də digər dünya ölkələrində müzakirə olunur. Yeni siyasi reallıqlar yaranır. Sosial mediada və real həyatda həm peşəkarlar, həm də sadə insanlar müzakirələr aparırlar. Diqqətimi cəlb edən bir məsələ var. Onu dilə gətirmək istərdim. Müşahidələrim onu deməyə əsas verir ki, bəzi hallarda korporativ maraqlar, bəzi hallarda isə emosional yanaşmalar düzgün qənaətlərin çıxarılmasına imkan vermir. Düşüncə vərdişlərimizin və müzakirə mədəniyyətimizin ciddi bir şəkildə inkişafa ehtiyacı var. Digər tərəfdən, media üzərindən paylaşılan…

Ətraflı

DƏMƏŞQ,ArabAZ Suriya Azərbaycanla münasibətlərinə olduqca önəm verir və Əsəd zamanı Azərbaycana qarşı edilən haqsızlıqlar suriyalıların Azərbaycan xalqına qarşı mövqeyini əks etdirmir. Bunu ArabAZ-az açıqlamsında Suriyanın yeni baz nazirinin ofisindən adı açıqlanmasını istəməyəm mənbə deyib. “Bizim üçün Azərbaycanla münasibətlər önəmlidir və bu bu əlaqələrin möhkəmlənməsində maraqlıyıq”-deyə mənbə qeyd edib. O əlavə edib ki, Dəməşq Bakı ilə əlaqələrini bütün istiqamətdə inkişaf etdirmək istəyir. “Təəssüflər olsun ki, sabiq Suriya höküməti , yerli xalqın maraqlarına zidd olaraq, Azərbaycanla əlaqələrə önəm verməyib. Bunun əksinə olaraq, Əsəd hakimiyyəti Azərbaycan xalqına qarşı vuruşan terrorçu qurumların təlim bazasına çevrilib. Diktator Əsəd rejiminin bu addımı heç vaxt sadə suriyaylıların…

Ətraflı

Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.Bu yazını hazırlamazdan əvvəl bəzi müsahibələri, xüsusən Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın müsahibəsini dinlədim. Hakan Fidanın müsahibəsində ifadə etdiyi bir məqam diqqətəlayiqdir. Onun sözlərinə görə, “bölgə ölkələrinə təhlükə yaratmayan bir Suriya istəyirik.” Burada diqqət yetirmək lazımdır ki, Suriya hansı ölkələrlə sərhədə malikdir. Bu ölkələrdən biri Türkiyədir, digəri isə Livandır. Burada isə İranın təsiri Hizbullah durduqca vardır Maraqlı məqamlardan biri odur ki, Cövlani çıxışlarında İran haqqında heç də yumşaq danışmır. Əksinə, ən böyük qələbənin İran üzərində əldə edildiyini vurğulayır.Bölgənin digər ölkəsi İsraildir. İsrail, müxalifət Əsədi…

Ətraflı

DƏMƏŞQ,ArabAZ Suriyada Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gələn “Heyat Təhrir əş-Şam”ın lideri İsrail qüvvələrinin ölkənin cənubuna soxulmasını pisləyib və mövcud vəziyyətin yeni müharibəyə imkan verməydiyini açıqlayıb. ArabAZ xəbər verir ki, Əbu Məhəmməd Əl-Culani kimi tanınan Əhməd Əl-Şaraa deyib ki, İsrail Suriyaya hücumlarına haqq qazandırmaq üçün saxta bəhanələrdən istifadə edir. “Suriya yeni münaqişələrə girməkdə maraqlı deyil. Əsəd rejiminin bitməsindən sonra ölkədə yenidənqurma olmalıdır ”-deyə bildirib. Əl-Şaraa keçən həftə Əsədi hakimiyyətdən devirən və ölkəni idarə edən Əsəd ailəsinin hakimiyyətinə son qoyan Heyət Təhrir əl-Şam qrupuna rəhbərlik edir. Əsədin devrilməsindən sonra İsrail Suriya daxilində 1973-cü il müharibəsindən sonra yaradılmış silahsızlaşdırılmış zonaya daxil oldu…

Ətraflı

TEHRAN,ArabAZ Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd devrilməzdən əvvəl son günlərdə İranın xarici işlər nazirinə Türkiyənin onu devirmək üçün müxalif qüvvələrin hücumunda güclü dəstək verdiyindən şikayətlənib.ArabAZ xəbər verir ki, Əraqçi Əsədi İranın davamlı dəstəyinə əmin edib və Ankara ilə məsələni qaldıracağına söz verib. Ertəsi gün Əraqçi Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb, rəsmi Tehranın Ankaranın müxalifətin irəliləyişinə verdiyi dəstəkdən ciddi narahatlığını ifadə edib. XİN rəsmilərinin görüşü gərgin keçib, İran Türkiyənin Amerika və İsrail gündəmlərinə qarşı qərəzli olmasından narazılığını ifadə edib.

Ətraflı

QÜDS,ArabAZHƏMAS hərəkatının 15 dekabr şənbə gününə təsadüf edən yaranmasının otuz yeddinci ildönümünü necə qeyd edəcəyi məlum deyil. Ümimiyyətlə HƏMAS-ın bunu qeyd edib etməyəci də bəlli deyil.Amma dəqiq olan odur ki, İsrail bu tarixdə uzun müddət yadında saxlayacaq. İsrail ordusu – bütün təhlükəsizlik və kəşfiyyat xidmətləri ilə birlikdə – inventar və yenidən qiymətləndirmə də daxil olmaqla, bu münasibətlə araşdırma və müzakirələr aparır və yüksək səviyyəli veteran generalları Suriyadakı vəziyyətı araşdırırlar.İsrailin hal hazırda başlıca məqsədi zamanında buraxdığı səhvləri təkrarlamamaq və HƏMAS təcrübəsinin bir daha yaşanmamasıdır. Xüsusəndə İsrail bunu rəcrübənin Suriya ilə təkrarlanmasında ehtiyat edir, çünki Tel-Əvivdə yeni Suriya liderlərinin HƏMAS ilə eyni…

Ətraflı

Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti. İnsanlar ümumbəşəri ümumi xüsusiyyətlərə malik olmaqla yanaşı, dil, rəng və emosiya fərqləri ilə yaradılmışdır. İnsan, yaşadığı yerindən asılı olmayaraq, eyni fizioloji struktura sahibdir. Ümuminsani ehtiyaclar eynidir. Hər bir insan qidalanma, geyinmə və ev ehtiyaclarına malikdir. Bundan əlavə, insanın sosial mühit və ünsiyyət ehtiyacları da vardır. Lakin bu ehtiyacların təmin olunmasında və xoşbəxtlik anlayışının formalaşmasında dil, rəng və emosiya fərqləri mühüm rol oynayır.*Dil fərqləri nədə özünü göstərir?* Bütün dillər, formalaşdıqları tarixi şəraitə görə fikir ifadə etmə imkanlarına malikdir. Dillər qarşılıqlı mübadilə edə bilər, lakin ana…

Ətraflı

DƏMƏŞQ,ArabAZ “O, könüllü olaraq istefa verdi. Getməmişdən əvvəl “hakimiyyətin dinc şəkildə köçürülməsi” üçün əmr verdi, sonra çoxlu sayda ailə üzvlərini və kiçik bir mühafizəçi və qulluqçu “ordusunu” götürərək hava limanına getdi. O, təyyarəyə minib vətənini tərk edərək, göz yaşları ilə Moskvaya getdi” yalanına yəqin ki, inananlar az olmadı. Bu Moskvanın uydurduğu yalandır və ruslar Əsədin sarayındakı son anlarının dəqiq şərtləri haqqında rəsmi səviyyədə çox danışmırlar – ən azı hələ ki, bu haqa yuxarıda oxuduğunuz nağıldan başqa bir şey nəql edilmir.Əsəd hər nə qədər qatil, cani və dictator olsa da o, Suriayda qalmaq istəyən və “isti sularda balıq ovlamaq” arzusunda olan…

Ətraflı