Author: Arab Az
QAHİRƏ,ArabAZ, ASBAB Qəzeti İran bütün ciddi cəhdlərə baxmayaraq, hələ də Afrikada əsas olmayan oyunçudur. Tehra, Çin,Birləşmiş Ştatlarla müqayisədə geniş iqtisadi təsirə malik deyil. Hətta regional güclərlə müqayisədə Türkiyə və Səudiyyə Ərəbistanının təsiri İranı olduqca qabaqlayır. ● İran Afrikada strateji təhlükəsizlik və iqtisadi maraqları, Səudiyyə Ərəbistanı və Türkiyə kimi güclərlə geosiyasi rəqabət, ABŞ və “İsrail”lə düşmənçilik kimi geniş perspektivə uyğun hərəkət edir. Qırmızı dənizdə və Aralıq dənizində daimi mövcudluğu təmin etmək, Qərbin sanksiyalarına qarşı çıxmaq üçün ticarət əlaqələrini təmin etməklə yanaşı, İranın Afrikada axtardığı əsas “dəfinədir”. ● İran Qərbin beynəlxalq təsirinə qarşı çıxmaq üçün Cənub və Şərq ölkələri ilə tərəfdaşlığı gücləndirmək…
DƏMƏŞQ,ArabAZ Son 13 iləd Suriyda ümumilikdə 35 min insan itkin düşüb,ArabAZ xəbər verir ki, bu haqda Beynəlxalq Qızıl Xaç Komitəsinin hesabatında deyilir. Hesabtda deyilir ki, 35 min insanən sağ olub olmamağı haqda heş bir məlumat yoxdur. “Suriyadakı bütün tərəfləri məhbusların və ya ölənlərin siyahıları kimi vacib qeydlərin məhv edilməsinin qarşısını almağa çağırırıq”-deyə hesabatda deyilir. Qeyd edək ki, Suriyada 2011-ci ildən davam edən münaqişədə 580 min insanən öldüyü deyiir. Bəzi mənbələr bunun 1.5 milyon olduğunu da iddia edir.
QAHİRƏ,ArabAZ Misir və Tunis XİN başçıları Suriyadakı son hadisələri müzakirə ediblər,ArabAZ xəbər verir ki, bu haqda Mİsir Xİn aşçıqlamasında deyilir. Məlumata əsasən, Abdelatty Misirin ardıcıl mövqeyini təsdiq edərək, Suriyanın suverenliyinə, ərazi bütövlüyünə və birliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, Suriya xalqının bütün müxtəlifliklərində maraqlarını prioritetləşdirməklə, onların birliyini və resurslarını qorumaqla bütün Suriya ərazilərində sabitliyin bərpası üçün əlaqələndirilmiş regional və beynəlxalq səylərin vacibliyini diqqətə çatdırıb. İki nazir arasında telefon danışığı Suriyada davamlı sabitliyə nail olmaq üçün zəruri olan fundamental prinsiplərlə bağlı ortaq baxışı əks etdirib.
MANAMA,ArabAZƏrəb Zirvə Toplantısının hazırkı sessiyasının sədri, Bəhreyn Kralı, Kral Həməd bin İsa Əl Xəlifə Suriyadakı Hərbi Koordinasiya Diviziyasının baş komandanı Əhməd Əl-Şaraa məktub göndərib. ArabZ xəbər verir ki, o,məktubda ölkəsinin Suriyadakı əməkdaşlığı yüksək qiymətləndirib.Kral Həməd bin İsa Suriya Respublikasının suverenliyini, sabitliyini, bütövlüyünü və ərazi bütövlüyünü qorumaq və qardaş Suriya xalqının istəklərini həyata keçirməyin vacibliyini vurğulayıb.“Bəhreynin qardaş Suriya Respublikası ilə məsləhətləşmələri və koordinasiyanı davam etdirməyə, qardaş Suriya xalqının mənafeyinə nail olmaq üçün regional və beynəlxalq təşkilatları dəstəkləməyə”-hazırıq deyə kral deyib.
DƏMƏŞQ,ArabAZ Bu gün Dəməşqdə yeni hakimiyyətə rəhbərlik edən “Heyat Təhrir əl-Şam”ın lideri “Əbu Məhəmməd əl-Culani” ləqəbli Əhməd əl-Şaraa suriyalıları “Bayramı qeyd etmək üçün küçələrə çıxmağa” çağırıb. ArabAZ xəbər verir ki, əl-Culanı xalqa telegram kanalı vasitəsilə müraciət edib. “Böyük Suriya xalqını mübarək inqilabın qələbəsi münasibətilə təbrik etmək istərdim və onları güllə atmadan, insanları öldürmədən, sevinclərini ifadə etmək üçün meydanlara çıxmağa dəvət edirəm”-deyə o qeyd edib.
DƏMƏŞQ,ArabAZMənbici PKK/YPG terror təşkilatından təmizləyən Suriya Milli Ordusu (SMO)əsgərləri yeni hədəflərinin Ayn əl Ərəb olduğunu bildirib.ArabAZ xəbər verir ki, Mənbici terror təşkilatı PKK/YPG-dən təmizləyərək azad edən Suriya Milli Ordusu əsgərlərinin yeni hədəfi müəyyənləşib.Hal hazırda SMO terror təşkilatı PKK/YPG-ni digər ərazilərdən təmizləmək üçün əməliyyatlarını davam etdirir.Ordu komutanı Əbu Bəha Əl Şami açıqlamasında PYD-ni yer üzərindən siləcəklərini elan edib.“Mənbiçdən ayrıldıqdan sonra Kobani, Rakka və Hasakiyə gedəcəyik. Suriyada PKK-nın adı qalmayacaq. Mənbici azad etdik və bölgə xalqı indi daha rahatdır.Suriyanı viran qoyan, İran, PKK və Əsəddir”-deyə o bioldirib.
DƏMƏŞQ,ArabAZ Hər kəs Suriyada Əsədn devrilməsindən sonra,yeni bir dövrün başlandığını dyir və bu həqiqətən də belədir. Lakin bütün bunlara baxmayaraq, reallıq bu ölkənin qarşısında duran yerli, regional və beynəlxalq səviyyədə böyük çətinliklərdən xəbər verir. Bu hesabatda biz bu problemlərin ən əsaslarına işıq salacağıq və Suriyanın növbəti qərar vericisinin bu çətin məsələlərlə necə məşğul olacağına dair bəzi mövqe və fikirləri nəzərdən keçirəcəyik. Dövlətin qurulması və siyasi sistemin forması Suriyanın vəziyyəti indi dövlətin əsaslarının aydın olduğu, o cümlədən konstitusiya, suverenliyin spesifik forması, siyasi sistemi və coğrafi sərhədləri olan digər ölkələrdən fərqli olaraq, inqilab nəticəsində ortadan qaldırılmış konstutusiyanın ləğvi və yenisinin qəbul edilməməsi, …
DOHA,ArabAZ Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani 2025-ci maliyyə ili üçün dövlətin ümumi büdcəsini təsdiq edən 2024-cü il tarixli (17) saylı Qanunu qəbul etdi. ArabAZ xəbər verir ki, bu qanun 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minir və ölkənin Rəsmi Qəzetində dərc olunur. Ölənin Maliyyə naziri Əli bin Əhməd Əl Kuvari Qətərin 2025-ci maliyyə ili büdcəsi üçün gözlənilən ümumi gəlirlərinin 2024-cü il büdcə gəlirləri ilə müqayisədə 2,5 faiz azalma ilə 197 milyard QR səviyyəsində təxmin edildiyini açıqlayıb. Nazir vurğulayıb ki, Qətər neft və qaz gəlirlərinin hesablanmasında mühafizəkar yanaşmanı davam etdirir, neftin orta qiyməti 60 dollar/bareldir. Bu…
ANKARA,ArabAZ Rusiya Suriyada qurulan yeni hökumətlə ilk dəfə əlaqə saxlayıb. ArabAZ xəbər verir ki, oteldə keçirilən görüşdə Suriyada Rusiyaya ayrılan dəniz və hava bazaları məsələsi müzakirə olunub. Terrorizmi bəhanə edən Rusiya bazalarda qalmaq niyyətini ortaya qoyub. Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib. Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə saxladıqlarını bildirən Boqdanov, “Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə bir oteldə əlaqə qurulub”-deyə o bildirib. Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının…
DƏMƏŞQ,ArabAZ Əsəd rejiminin devrilməsindən sonra tapılan sənədlər rejimlə İsrailin bir çox mövzuda əməkdaşlıq etdiyini ortaya çıxarıb. Rejimin İsrailə kəşfiyyat məlumatı verdiyi və Təl-Əvivin Suriya ərazisində İrana bu şəkildə hücum etdiyi görünür. Əsəd rejiminin süqutundan sonra ortaya çıxan sənədlər rejimlə İsrail arasında gizli bir əlaqə kanalının olduğunu ortaya çıxarıb. Suriyada bəzi jurnalistlərin üzə çıxardığı sənədlərdə “Suriya Ərəb Respublikası”nın rəsmi blankları və kəşfiyyat şöbəsinin möhürləri var. Sənədlər arasında İsrailin Suriyanı “İran və Hizbullahın hərbi aktivlərinin axınının qarşısını almağa” çağırdığı məktub da var. Bununla bağlı “Musa” kod adlı agent keçmiş rejimin müdafiə naziri, general-leytenant Əli Mahmud Abbasla birbaşa əlaqə saxlayır və HƏMAS-ın fəaliyyəti…
