Author: Arab Az

TEHRAN,ArabAZ Suriyada Bəşşar Əsəd rejimin çökməsi İran ilə Hizbullahən bir-birindən quru yolu ilə ayrılmasına səbəb olub. İsrailin hava reydləri nəticəsində Hizbullah liderlərini öldürməsi və daha sonra Suriayda Bəşşar hakimiyyətinin devrilməsi və bölgədə yeni Suriyanən yaranması təbbi ki İran və eləcə də Hizbullah üçün fəsadsız ötüşməyəcək. Artıq “Şirin quyruğunun” qapı arasında qaldığını anlayan İranın ali dini lideri Əli Xameneye dolayı yolla baş verənlərdə Türlkiyəni ittiham edib. Ankara buna cavab verməyə tələsməsə də dünən Rəsmi Gəzetdə Türkiyənin İrandan şüşə idxalını dayandırdığı elan edildi. İran rəsmiləri və hərbi liderləri Bəşər Əsəd rejiminin süqutunun regionda Tehranla müttəfiq qruplara təsirinin olacağını açıq şəkildə etiraf edirlər.…

Ətraflı

QÜDS,ArabAZ İsrailin Qəzzanın mərkəzində bir bananı bombardman etməsi nəticəsində,25 nəfər ölüb, onlarla insna yaralanıb. ArabAZ xəbər verir ki, ölənlərin sayının artacağı istisna edilmir. Yerli KİV-lərin məlumatına görə, yaralıların hamısı Qəzza zolağının şimalındakı Əl-Avda xəstəxanasına və mərkəzindəki Əl-Əqsa xəstəxanasına çatdırılıblar. Qeyd edək ki, hal hazırda Qəzzada döyüşlər səngisə də mütəmadi olaraq , İsrail hərbi hava qüvvələri və quru qoşunları HƏMAS-a qarşı mübarizə adı altında reydlər keçirir.İsrailin Qəzzada hərbə əməliyyatları nəticəsində 50 minə yaxın dinc sakin öldürülüb. İsrail onların HƏMAS döyüşçüləri olduğunu iddia etsə də heç bir fakt təqdim etməyib.

Ətraflı

BAKI,ArabAZ “Bütün dövlətlər geosiyasi müstəvidə öz maraqlarına uyğun fəaliyyət göstərirlər. Dövlətin əsas vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək, yaşayış şəraitini və rifahını yaxşılaşdırmaq, həmçinin dünya arenasında öz mövqeyini möhkəmləndirməkdir. Buna görə də bütün dövlətlər istisnasız olaraq öz maraqlarından çıxış edirlər. Odur ki, İran da bir dövlətdir və hər nə qədər fəaliyyətini dini motivlərlə əsaslandırmağa çalışsa da, dövlət maraqları baxımından addım atır”. Analitik İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneinin çıxışında səsləndirdirdiyi fikirlərə münasibət bildirib. Qeyd edək ki, Xamenei çıxışında Suriaydakı Əsəd rejimin devrilməsinin günahkarı olaraq ABŞ və İsraili görüb. Həmçinin o, sözügedən məsələdə Türkiyəyə də eyham vurmaqdan yayınmayıb. A.…

Ətraflı

DƏMƏŞQ,ArabAZ Suriya inqilabçıları paytaxt Dəməşqə daxil olduqlarını Bəşşar Əsəd rejiminin devrilməsini elan edən kimi İsrail fürsətdən istifadə edərək Suriyanın cənubuna nüfuz etdi və Cəbəl Şeyx dağını və onun ətraf ərazilərini işğal etdi . O, həmçinin Suriya ordusunun imkanlarını məhv etmək üçün İsrail tarixində ən böyük hava bombardmanını həyata keçirib. İsrail Ordusunun Radiosu yüksək səviyyəli təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, İsrail Hərbi Hava Qüvvələri müxalifətin qarşısını almaq üçün təyyarələri, döyüş gəmilərini, hərbi bazaları, yer-hava raket sistemlərini, istehsal sahələrini, silah anbarlarını, yer-yer raketlərini və strateji obyektləri məhv edib. Əsəd rejiminin devrilməsindən bəri Suriya ərazisinə 500-dən çox reyd keçirilib. Reuters agentliyi Suriyanın iki…

Ətraflı

ƏR-RİYAD,ArabAZ Altı illik gözləmədən sonra ölkənin hər yerində meydanlara toplaşan vətəndaşlar və ekranları önündə olanlar Səudiyyə Ərəbistanının 2034-cü il turnirinə ev sahibliyi etmək hüququnu “rəsmi olaraq” qazandığı elan olunduğu zaman sevinclərini saxlaya bilmədilər. Bu ölkənin idman tarixinin ən uğurlu səhifələrindən biridir.Bunu Səudiyyə Ərəbistanının futbol dünyasının fövqəldövlətləri arasında qabaqcıl mövqe əldə etmək üçün iddialı səylərinin uyğun kulminasiyası kimi səciyyələndirmək olar. FIFA, Cənubi Amerikada üç oyunun (Uruqvay, Argentina və Paraqvay) keçiriləcəyi 2030 Dünya Çempionatına ev sahibliyi hüququnun İspaniya, Mərakeş və Portuqaliyaya verildiyini, Səudiyyə Ərəbistanının isə 2034 Dünya Çempionatına ev sahibliyi edəcəyini açıqladı. Krallıq tarixdə ilk dəfə bu haqqı qazandış Turnirin yeni sistemi…

Ətraflı

BAKI,ArabAZ Bir çoxlarının iddia etdiyinin əksinə olaraq Suriyanın devrilmiş Prezidenti Başşar Əsəd qəhrəman deyil, o qatil bir dikratordur. Bunu ArabAZ –a açıqlamasında Suriya Türkmən həkimlər birliyinin sədri Dr. Muxtar Fatih Beydili deyib. O qeyd edib ki, Sednaya həbsxanası, adı ilə tanınan, əslində isə insan sallaqxanası olan bu həbsxana Əsədin necə bir cani və qatil olduqğuna bariz nümunədir. “Dəməşqdəki Sednaya həbsxanası Əsədin kimliyini və xarakterini tam olaraq ortaya qoyur”-deyə, o bildirib. Beydili onu da vurğulayıb ki , bu cinayətlərin içində heç sübhəsiz ki , İran da var. “ İran Suriyada yaşanan cinayətlərdə asas aktordur və bu hadisələrin “onurğa sütunudur”. İrandan təlimat …

Ətraflı

Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti. Bu yazı, insanlıq tarixində ən önəmli təsisatlardan biri olan dövlət haqqında düşüncələrimdən bəhs edir. Dövlət, bir ictimai müqavilənin nəticəsi olaraq formalaşan mexanizmdir. Sadələşdirərək izah edim, çünki bəzən siyasi ədəbiyyatla tanış olan, hətta ziyalı hesab edilən şəxslərin belə bu məsələləri tam dərk etmədiyini müşahidə edirəm. Bir qrup insan təhlükəsiz yaşamaq, çörək pulu qazanmaq, sərbəst səyahət etmək və hətta müasir dövrün tələblərinə uyğun olaraq, şəlalələr qarşısında şəkil çəkdirmək kimi arzularını reallaşdırmaq üçün başqa, daha işgüzar və təcrübəli şəxslərlə müqavilə bağlayır. Deyirlər ki: “Biz sizə vergi ödəyəcəyik,…

Ətraflı

MƏKKƏ,ArabAZ,ƏHMƏD SALİH HƏLƏBİ Ərəfat müqəddəs yerlərdən biridir və Məkkədən təqribən 22 kilometr aralıda olan Rəhmət dağı kimi tanınan Ərəfat dağıdır. Bura Minanın 10 kilometrliyində, Müzdəlifənin isə 6 kilometrliyindədir. Uzunluğu 300 metrdir və zirvəsində 7 metr hündürlüyündə işarəsi var ki, bu da onu digər dağlardan fərqləndirir. Ərəfat bölgəsində vəqf adlanan həccin ən mühüm mərasimi Zilhiccə ayının doqquzuncu günü keçirilir. Həzrət Muhəmməd (sallallahu aleyhi və səlləm) bu barədə buyurmuşdur: “Həcc Ərəfatdır”. Deyirdilər ki, Ərəfata bu adı ona görə veriblər ki, insanlar orada bir-birini tanıyır və eləcə də tanış olur. Deyilənə görə, Cəbrayıl mələk İbrahim əl-Xəlilin peyğəmbərlə bu dağın ətrafında dolaşıb. Buranın Ərəfat…

Ətraflı

DƏMƏŞQ,ArabAZBəşər Əsəd rejiminin devrilməsindən sonra Qərbin Suriyadan qorxmağa heç bir əsası yoxdur,ArabAZ xəbər verir ki, bunu Heyət Təhrir Əl-Şam (HTS) qrupunun lideri Əbu Məhəmməd Əl-Culani deyib.Əl-Culani Əsədin qaçmasından sonra Qərb mətbuatına verdiyi ilk müsahibəsində təkid edib ki, Suriya sabitlik yolundadır.“Qorxu rejimin mövcudluğundan qaynaqlanırdı. Suriya indi inkişaf, yenidənqurma və sabitlik yolundadır”-deyə o bildirib.Bununla belə, HTS BMT, ABŞ, Böyük Britaniya və digər dövlətlər tərəfindən terror təşkilatı kimi tanınır.Culanının hakimiyyəti tez bir zamana ələ keşirməsi və Əsədin ölkədən qaşması, kürdlər, ələvilər və xristianlar da daxil olmaqla azlıqlar arasında qorxuları artırıb.

Ətraflı

DƏMƏŞQ,ArabAZ Dəməşqdən 30 km aralıda yerləşən Sednaya Hərbi Həbsxana binasının yeraltı mərtəbələrində gizli bölmələrin olması və bu gizli bölmələrdə hələ də insanların ola biləcəyi şübhəsi ilə axtarış işləri davam edir. İtkin qohumları olan minlərlə suriyalı Sednayanın qarşısında ümidlə gözləyir. İllərdir itkin düşən qohumlarını axtaran minlərlə suriyalı yeraltı gizli bölmələrin axtarıldığı Sednaya Hərbi Həbsxanasının binası qarşısına toplaşıb. Burada 30 mindən çox insanın vəhşicəsinə qətl edildiyi təxmin edilir. İnsanların Sednayadan sərbəst buraxıldığı anın görüntülərində anaları ilə həbsxanadan çıxan azyaşlı uşaqların və işgəncə nəticəsində əlil olanların olduğu görülüb.2011-2018-ci illər arasında Sednayada 30 mindən çox insan işgəncə, tibbi yardımın olmaması və ya aclıq nəticəsində…

Ətraflı