Author: Arab Az
ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanı-Böyük Britaniya İkitərəfli Hərbi Əməkdaşlıq Komitəsinin dördüncü iclası çərşənbə axşamı Ər-Riyadda keçirilib.ArabAZ xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, müdafiə və hərbi əməkdaşlıq və bir sıra ortaq maraq doğuran mövzular müzakirə edilib. Səudiyyə Ərəbistanının Baş Qərargah rəisi, general-leytenant Fəyyad Əl-Ruvayli və Böyük Britaniya Müdafiə Qərargahının rəisi, admiral ser Antoni Radakin iclasa həmsədrlik ediblər. Görüşdə Səudiyyə Ərəbistanı və Britaniyanın yüksək rütbəli zabitləri iştirak ediblər.
DƏMƏŞQ,ArabAZ Suriyada Bəşər Əsəd rejimini devirən müxalifət ölkənin futbol federasiyasını milli komandanın formasının və loqosunun rəngini qırmızıdan yaşıla dəyişib.ArabAZ xəbər verir ki, bu haqda Suriya Futbol Federasiyası Facebookdakı səhifəsində açıqlamasında yazıb və yeni forma ilə futbolşuların şəkillərini paylaşıb. “Suriya idman tarixində baş verən ilk tarixi dəyişiklik, qohumbazlıq, favoritizm və korrupsiyadan uzaqdır”-deyə federasiaynın açıqlamasında deyilir.
DƏMƏŞQ ,ArabAZ Müxalifət qüvvələrinin Suriya paytaxtına nəzarəti ələ keçirməsi və Bəşər Əsədin hakimiyyətinin süqutundan sonra Dəməşqin cənubunda İranın əsas qalası sayılan Seyyidə Zeynəb bölgəsində mənzərə çox dəyişdi. Bölgə Suriya deyil, “İran şəhəri” kimi təsvir edildiyi illər ərzində qəbul etdiyi İran simasından saatlar ərzində və böyük sevinclə qurtulub. İki gün ərzində İranın, onun silahlı qüvvələrinin və Livan Hizbullahının orada qurduğu böyük nüfuz aradan qalxdı və onların oradakı nəzarəti sona çatdı. Yerli xalq bunu böyük məmnuniyyətlə qarşıladı.Seyyidə Zeynəbin ən böyük və önəmli bazarlarından sayılan Bəhmən bazarında dükan sahibi vəziyyətin saatlar içində dəyişməsindən sevincini gizlətmirlər. “Əsədin devrilməsi Seyyidə Zeynəbi öz xeyirxah xalqına qaytaran…
ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanı özünün humanitar qolu olan Kral Salman Yardım Mərkəzi vasitəsilə İordaniyada suriyalı qaçqınlar üçün Zaatari düşərgəsində ilk fiziki terapiya mərkəzini açıb. ArabAZ xəbər verir ki, mərkəz, xüsusi ehtiyacı olan və xroniki xəstəlikli insanlara dəstək və müalicə təmin etmək məqsədi daşıyır. Reabilitasiya həkimi məsləhətçisi və 3 mütəxəssisdən ibarət tibb qrupu, fəaliyyətə başladığı gündən hər iki cinsdən olan 67 xəstənin faydalandığı 465 müalicə seansı ilə gündəlik olaraq qaçqınlara xidmət göstərir. Mərkəz düşərgə daxilində İordaniya Səhiyyə Nazirliyindən peşə ilə məşğul olmaq üçün lisenziya sertifikatı alan ilk fiziki terapiya mərkəzidir və benefisiarlara təhlükəsiz və yüksək keyfiyyətli tibbi xidmətlər göstərməyə töhfə verəcəkdir. Səudiyyə…
BAKI,ArabAZ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp böyük oğlu Donald Jr-ın keçmiş nişanlısı və Fox News-un keçmiş aparıcısı Kimberli Quilfoylu ABŞ-ın Yunanıstandakı səfiri vəzifəsinə təyin etmək qərarına gəldiyini açıqlayıb.ArabAZ xəbər verir ki, bu haqda Tramp özünün Truth Social sosial şəbəkəsində yazaraq bildirb ki, “Uzun illər Kimberli yaxın dost və müttəfiq olub”. “Onun hüquq, media və siyasət sahələrində zəngin təcrübəsi və liderlik keyfiyyətləri, eləcə də kəskin zəkası ABŞ – ın maraqlarını təmsil etmək imkanı verir”-deyə yanvarın 20-də hakimiyyətə gələcək respublikaçı milyarder əlavə edib. CNN və bir sıra məşhur qəzetlərin məlumatına görə, 2020-ci il seçkilərində Trampın seçki kampaniyasının maliyyələşdirilməsinə cavabdeh olan keçmiş…
BAKI,ArabAZ Azərbaycan qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazırdır. ArabAZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan ilə telefon danışığı zamanı deyib. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına…
Suriyada Əsəd rejiminin süqutu ilə bölgədə dayaqlarını və təsir imkanlarını itirən Moskva ilə Tehran Əsədi yanlış siyasət yürütməkdə, ordusunun müxalifət güclərə qarşı dirəniş göstərə bilməkdə ittiham etməkdədir. Moskva və Tehran isterik vəziyyətdə Qərblə yanaşı, Türkiyəni də hədəf seçərək Suriyadakı son hadisələrə görə günahlandırırlar. Rusiya rəhbərliyinin isterik durumda olması Kremlə yaxın olan politoloqların da verdikləri açıqlamalarda və bəyanatlarda da açıq şəkildə özünü büruzə verməkdədir. Putinin fikir atası hesab edilən rusiyalı politoloq Aleksandr Duqin Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyə və prezident Ərdoğanı xəyanətdə ittiham edərək hədələyici mesajlar verib. Duqin daha uzaqlara gedərək Suriyadakı son hadisələrdə Ankaranın oynadığı rolun Türkiyə üçün tələ…
BAKI,ArabAZ ABŞ Dövlət Departamenti Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü və İnsan Hüquqları Günü bir sıra ölkələrdən olan şəxslərə qarşı sanksiyalar elan edib.ArabAZ xəbər verir ki, Dövlət Departamentindən verilən aşıqlamada, Birləşmiş Ştatlar Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Britaniya əsilli həyat yoldaşının atası Böyük Britaniya sakini Fəvaz Əxrasa Əsədə maddi dəstək verdiyinə görə sanksiya elan edilib. “Axras “maliyyə məsələləri, sanksiyalardan yayınma və Bəşər Əsədin beynəlxalq siyasi əlaqəyə nail olmaq cəhdləri ilə bağlı Bəşər Əsədə dəstək və yardım göstərib”-deyə açıqlamada deyilir. Axras 1946-cı ilin sentyabrında Suriyanın Hums şəhərində anadan olub bundan öncə də ABŞ sanksiyalarına məruz qalmışdı.
DOHA,ArabAZ Qətər Suriyaya humanitar yardım çatdırıb,ArabAZxəbər verir ki, bu haqda Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir. Məlumata əsasən Qətərə məxsus yardım daşıyan ilk təyyarələr Türkliyənin Qaziantepə havalimanına eniş ediblər. “Təyyarədə qida maddələri ilə yanaşı, tibbi ləvazimat və digər lazımi humanitar yüklər var”-deyə açıqlamada bildirilir. Yardım, Qətər İnkişaf Fondu tərəfindən edilir.Qeyd edək ki , bu il noyabrın 27-də Suriyada silahlı müxaliflətlə Bəşşar Əsəd qüvvələri arasında toqquşmalar şiddətlədi.Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Hums kimi ən böyük əyalətlərdə üstünlük əldə etdilər.Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə…
DƏMƏŞQ,ArabAZ 8 Dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub. İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.ArabAZ xəbər verir ki, bu gün səhər saatlarında silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb, Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Əsəd ölkənin naməlum istiqamətdə tərk edib. Daha sonra Əsədin Rusiyada olduğu təsdiq edildi. Əsədin süqutunu suriyalılar bayram edir
