Author: Arab Az
HƏLƏB,ArabAZ ABŞ öz vətəndaşlarını müxalif qrupların ildırım çaxması nəticəsində bir sıra böyük şəhərləri nəzarətə götürdüyü Suriyanı tərk etməyə çağırıb. ArabAZ xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamenti sosial mediada yayımlanan mesajda bildirib. Öz növbəsində, dünən (cümə) İordaniya Krallığı Suriyada yaşayan və hazırda olan vətəndaşlarını qonşu ölkədəki hadisələr səbəbindən təhlükəsizlik narahatlığını əsas gətirərək, mümkün qədər tez tərk etməyə çağırıb. İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü verdiyi açıqlamada bildirib ki, iordaniyalıların Suriyadan təxliyəsi və “mümkün qədər tez” öz vətənlərinə təhlükəsiz qayıtmaları üzərində işləmək üçün Krallığın müxtəlif dövlət qurumlarından ibarət böhran qrupu yaradılıb. Bu arada Suriyanın digər qonşu ölkəsi İraq Suriyadakı vətənlərinə qayıtmaq…
ANKARA,ArabAZ 2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən BƏƏ-nə kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq, 263 milyon 638 min 15 dollara bərabər olub. “Bu ilin noyabr ayında Türkiyə BƏƏ-nə 25 milyon 741 min 61 dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 7,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28 milyard 147 milyon 342 min dollara bərabər olub. “Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 min…
MANAMA,ArabAZ Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Manama Dialoqu 2024 Forumunda iştirak etmək üçün Bəhreynə səfər edib. ArabAZ xəbər verir ki, Şahzadə Feysəli Bəhreyn Beynəlxalq Hava Limanında Bəhreynin Xarici İşlər Naziri Əbdüllətif Əl-Zəyəni və Səudiyyə Ərəbistanının Manamadakı səfirliyinin müvəqqəti işlər vəkili Fəhd bin Munixer tərəfindən qarşılanıb. Manama Dialoqu Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) Bəhreynin Xarici İşlər Nazirliyi ilə birgə təşkil etdiyi illik təhlükəsizlik sammitidir. Forum aktual regional və beynəlxalq təhlükəsizlik çağırışlarını müzakirə etmək üçün dünyanın hər yerindən hökumət rəsmilərini, siyasət ekspertlərini və alimləri bir araya gətirir. 2004-cü ildə yarandığı gündən bəri dialoq dialoqun təşviqi, əməkdaşlığın genişləndirilməsi və…
HƏLƏB,ArabAZ İran Suriyadan Sepah mərkəzlərini boşaldır,ArabAZ xəbər verir ki, İrana bağlı olan və dinc əhaliyə qarşı müxtəlif cinayətlərdə əli olan, Fatimiyun qoşunlarını Latakiyaya aparılıb. Etibarlı mənbələrin məlumatına əsasən Fatimiyyun oradan da təyyarələrlə İrana qayıdırlar, yəqin ki, Əsəd dövrü sabah bitəcək.
QÜDS,ArabAZ Seçkilərdə populyarlığının yenidən azaldığını görən İsrailin baş naziri Benyamin Netanyahu ölkədə icra strukturlarında – polisdə, orduda və məhkəmədə yüksək vəzifəli məmurlara hücum edib. Netanyahu, onları açıq şəkildə hakimiyyətinə qarşı çevriliş etməkdə ittiham edir. Məhkəmənin onun cinayət işində ifadə verməsini təxirə salmaq tələbini rədd etməsi barədə qərarını şərh edən Netanyahu bildirib ki, ona qarşı mövqelərdə müxtəlif yüksək qurumlar arasında uyğunsuzluq var. Buna baxmayaraq o qedy edib ki, məhkəmədən yayınmır. “Bəziləri hökumətləri, nazirləri və digər seçkili məmurları alçaldmağa öyrəşiblər və bu gün qarşılarında güclü baş nazir olduğunu görəndə buna dözə bilmirlər, sərt və vəhşicəsinə hərəkət edirlər”-deyə Qəzzada minlərlə insanın ölümündə əli…
QÜDS,ArabAZ İki yüksək səviyyəli İsrail rəsmisi Axios-a bildirib ki, İsrail kəşfiyyat rəsmiləri son 24 saatda Suriya ordusunun müdafiə xəttinin gözləniləndən daha sürətli dağılması və dünən Həma şəhərini ələ keçirən suriyalı müxalif qrupların əldə etdiyi “sürətli irəliləyiş”dən təəccübləndiyini bildiriblər. Adı açıqlanmayan rəsmilərion təxminlərinə görə, Hələbin müxaliflərin əlinə keçməsindən sonra, Suriya ordusunun dağılmasını sürətləndirəcəyini söylədi.“Əsəd hakimihyyətinin sonu olduqca yaxındır deməyə ciddi əsaslar var”-deyə rəsmilər bildiriblər. İsrail rəsmiləri bildiriblər ki, müxalif qrupların sürətli irəliləyişi qarşısında İsrail ordusu komandanlığı daxilində təcili məsləhətləşmələr aparılıb. İsrailin müdafiə naziri Yisrael Katz Suriyadakı hadisələri müzakirə etmək üçün İsrail ordusunun yüksək komandanlığı ilə görüş keçirib. Bundan əlavə, dünən gecə…
TEHRAN,ArabAZ İran Suriya prezidenti Bəşər Əsədə silahlı qruplaşmalarla döyüşdə dəstək olmaq üçün Suriyaya raket və pilotsuz təyyarələr göndərmək və oradakı hərbi müşavirlərinin sayını artırmaq niyyətindədir.ArabAZ xəbər verir ki, bunun İranın yüksək rütbəli rəsmisi deyib. Adının açıqlanmasını istəməyən rəsmi qeyd edib ki, “Çox güman ki, Tehran Suriyaya hərbi texnika, raketlər və pilotsuz təyyarələr göndərməli olacaq… Tehran Suriyadakı hərbi məsləhətçilərinin sayını artırmaq və qüvvələr yerləşdirmək üçün bütün lazımi addımları atıb. ” Rəsmi əlavə edib: “İndi Tehran Suriyaya kəşfiyyat və dəstəyi verir”.
HƏLƏB,ArabAZ Suriya ordusu qüvvələri Deyr əz-Zor ərazisindəki nəzarət zonalarından geri çəkilib və əraziləri PKK terror təşkilatının Suirya qolu olan PYD/YPG silahlılaerına buraxıb. ArabAZ xəbər verir ki, ordu qüvvələri və Tehrana bağlı olan qruplar Fərat çayının qərbindəki ərazilərdən geri çəkilib.
ƏR-RİYAD,ArabAZ Səudiyyədə Qırmızı Dəniz Beynəlxalq Film Festivalı başlayır,ArabAZ xəbər verir ki, festivalda bir çox filmlər nümayiş etdiriləcək.Festivala,Hollivud ulduzları Ketrin Zeta-Cons, Maykl Duqlas, Emili Blant və Sintia Erivo Oskar mükafatı laureatı Mişel Yeoha qatılıblar, eyni zamanda açılış mərasimində Bollivuddan Aamir Xan və Karina Kapurla da qatılıblar.Britaniyalı aktrisa parıldayan libasda səhnəyə çıxaraq “Bizim danışacaq o qədər hekayəmiz var ki, onlarla dolub-daşırıq” deyib.Bollivud ulduzu Əmir Xan da səhnəyə çıxmazdan əvvəl “Mən burada olduğum üçün çox minnətdaram” dedi. Açılış mərasimində misirli rejissor Kərim Əl Şenavinin görünüşünə görə çətinliklərlə üzləşən 11 yaşlı Nubiya albinosundan bəhs edən “Daye ailəsinin nağılı” filmi nümayiş etdirilib.
ANKARA,ArabAZ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədi Suriyadakı vəziyyətin “təcili olaraq” siyasi həllini tapmağa çağırıb.ArabAZ xəbər verir ki, Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib: “Suriya rejimi hərtərəfli siyasi həllə nail olmaq üçün təcili olaraq öz xalqı ilə əlaqə dialoq masasına əyləşməlidir”. Prezident Ərdoğan Türkiyənin gərginliyi azaltmaq, mülki insanları qorumaq və siyasi yola qapı açmaq üçün çalışdığını və bunu etməyə davam edəcəyini” vurğulayıb və “Suriya münaqişəsinin yeni mərhələyə keçdiyini” vurğulayıb. “Türkiyənin ən böyük arzusu Suriyanın daha da qeyri-sabitliyə qərq olmaması və daha çox mülki itkilərə şahid olmamasıdır”-deyə o bildirib. Qeyd edək ki, Suriya ilə…
