Author: Arab Az
BAĞDAD,ArabAZ İraqdakı Sadr hərəkatının lideri “Suriyaya qarışmamağın zəruriliyini” vurğulayıb və Bağdad hökumətini “təhlükəsizliyi pozan hər kəsi cəzalandırmağa” çağırıb.ArabAZ xəbər verir ki, Müqtəda Əl-Sədr cümə axşamı günü “X” platformasında yazıb ki, o, “qonşu Suriyadakı vəziyyəti diqqətlə izləyir”. “Bizim bütün məzhəbləri ilə birlikdə onun azad insanları üçün dua etməkdən başqa çarəmiz yoxdur. Allahın onları bəladan, terrordan, ədalətsizlikdən, qaranlıqdan və xarici müdaxilədən qoruyacağına ümid edirəm”.-deyə Müqtəda bildirib. Əl-Sədr Suriya hökumətinə dəstək verməkdən çəkinib və deyib : “ Biz Suriyanın işlərinə qarışmamaq və xalqın qərarlarına qarşı çıxmamaq mövqeyimizi qoruyub saxlayırıq, çünki yalnız Suriya xalqı öz müqəddəratını həll edə bilər” Qeyd edək ki, bundan əvvəl…
HƏLƏB,ArabAZ Suriya silahlı dəstələrinin Hələb şəhərinə gəlişi ilə Suriya silahlı birləşmələrinin rabitə kanalları hücumu istiqamətləndirən hərbi paltar geyinmiş saqqallı adamın şəkillərini dərc edib. Bu adam “Heyat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culanidir. Əl-Culani qüvvələrinin Hələbə hücumu ilə Suriyanın daxilində və xaricində mübahisə mənbəyinə döndü. Bu onun xüsusən də “terror təşkilatı” kimi təsnif edilən qrupa rəhbərlik etdiyi üçün oldu. “Heyat Təhrir əl-Şam”ın rəhbəri kimi Əbu Məhəmməd əl-Culani Suriyanın şimal-qərbindəki əsas silahlı qruplaşmaya rəhbərlik edir, İdlib əyalətində geniş ərazilərə və Hələb, Latakiya və Həmanın bəzi hissələrinə nəzarət edir. Bu bölgə təxminən 3 milyon köçkünün yaşadığı yerdir və silahlı qruplaşmaların əsas anklavıdır. Əl-Culani…
HƏLƏB,ArabAZ Suriya ordusu üsyançıların müdafiəni yarmasından sonra mərkəzi Həma şəhərindən geri çəkilib,ArabAZ xəbər verir ki, bu Əsəd rejimi ordusunun növbəti uğursuz addımı olub. Xəbəri müxaliflər təsdiq edib, Suriya ordusu isə açıqlamasında “mülki əhalinin həyatını qorumaq üçün şəhər xaricində mövqelər tutduğunu” bildirib. Suriyanın dördüncü böyük şəhəri olan Həmanın ələ keçirilməsi, üsyançıların ölkənin şimalında, ölkənin ən böyük şəhəri olan Hələb şəhərinin çox hissəsini ələ keçirməsindən bir neçə gün sonra baş tutub. Həma Suriyada 2011-ci ilin martında xalq üsyanından sonra başlayan münaqişə zamanı hökumətin tam nəzarəti altında qalan azsaylı şəhərlərdən biridir. Onun ələ keçirilməsi prezident Bəşər Əsəd üçün böyük uğursuzluq olardı.Həmanın Əsəd rejimindən…
DOHA,ArabAZ Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani Qəzzadakı məhbusların ailələrinə müharibə yolu ilə deyil, danışıqlar yolu ilə qovuşacaqlarını bəyan edib.ArabAZ xəbər verir ki, bunu Əl Tani Britaniyanın Sky News kanalına müsahibəsində deyib. “Təzyiq lazım olduğu və tətbiq edildiyi anlar oldu” –deyə o bildirib. Əl Sani Həmas-ın Qətərin paytaxtı Dohada ofisinin olması ilə bağlı tənqidlərə də cavab verərək: “HƏMAS-ın Dohada mövcudluğu tamamilə şəffaf və koordinasiyalıdır. Qəzzaya verilən bütün dəstəklər ABŞ, İsrail və Birləşmiş Millətlər Təşkilatının razılığı ilə verilib”-deyib. Baş nazir Əl Tani əlavə edib ki, o, yanvarın 20-də Trampın andiçmə mərasimindən əvvəl Qəzzada atəşkəs…
BAKI,ArabAZ Əsəd rejiminə müxalif güclərin əks-hücum əməliyyatı nəinki Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə yeni bir situasiya yaradıb. Müxalif güclərin qarşısında tab gətirə bilməyən Əsəd rejimi geri çəkilərək, Dəməşqə sığınıb və yaranmış durumdan çıxış yolu axtarışındadır. Lakin nə edəcəyini və hansı addımları atacağını müəyyən edə bilmir. Bunun da əsas səbəblərindən biri Bəşər Əsədin hələ də Rusiya və İrandan olan asılılığıdır. Baxmayaraq ki, son bir ildə Ankara Əsədə Suriya böhranının aradan qaldırılıb bölgədə sülhün və əməkdaşlıq münasibətlərinin yaranması istiqamətində əlini uzatsa da, rəsmi Dəməşq uzadılan ələ müsbət reaksiya vermədi. Himayədarları tərəfindən ya ona imkan verilmədi, ya da ki, bölgədə və beynəlxalq aləmdə gedən…
MƏKKƏ,ArabAZ,ƏHMƏD SALİH HƏLƏBİMüqəddəs Kəbənin örtüyü qızıl sapdan hazırlanmış Qurani-Kərimdən ayələr həkk olunmuş qara ipək parçasıdır.Bu üzlük hər il dəyişir.Peyğəmbər hicrətin 9-cu ilində Məkkəni fəth etdikdən sonra onu Kəbəninn örtüyünü Yəməndən gətirilən qumaqşla örtmüşdü. Örtüyün alınması xərcləri müsəlmanlar üçün ənənəvi olan Beytül-Mal xəzinəsindən xərclənir.Belə də rəvayət olunur ki, Peyğəmbər Kəbənin fəthdən əvvəl onunla örtülmüş köhnə örtüyünü saxlamış ,onu yenisi ilə əvəz etməmişdi.Lakin daha sonra örtüyü buxur ətrinə verən bir qadın bu örtüyü yandırır və bu hadisədən sonra Peyğəmbər bu örtüyü yenisi ilə. Daha doğrusu Yəməndən gətirilən örtük ilə əvəz etmişdi.Daha sonra Kəbəninn örtüyü “Raşidi Xəlifələr” tərəfindən – Əbu Bəkr,Ömər, Osman tərəfindən…
ƏMMAN,ArabAz İordaniya kralı Abdullaradikal yəhudilərin , pz tarixi torpaqlarında yaşayan fələstinlilərə qarşı etdikləri zorakılğa son qoymağa çaöırıb.ArabAZ xəbər verir ki, Kral Abdullah “Qəzzada dərhal atəşkəsin yaradılması və iki dövlətli həllə əsaslanan ədalətli və hərtərəfli sülhə nail olmaq ,sülhün təmin edilməsi üçün siyasi üfüqün cızılması zərurətini vurğulayıb. “Fələstin xalqının öz qanuni hüquqlarını bərpa etməsi labüddür” –deyə o bildirib.
BEYRUT,ArabAZ Suriya prezidenti Bəşər Əsədin siyasi proseslərdə “konkret” iştirakdan imtina etməsi Suriyanın şimal-qərbində “Heyətu Təhrir əl-Şam”ın (HTŞ) başçılıq etdiyi müxalif qrupların hücumuna zəmin yaradıb. ArabAZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib. Blinken bildirib ki, HTŞ-nin son irəliləyişləri Əsədin Rusiya və İranda və eləcə də ölkədə dəstəkçilərinin azaldığını gösətir. Blinken onu da qeyd edib ki, nə olursa olsun “İŞİD-in Suriyaya qayıtmasının qarşısını almaq vacibdir”
ANKARA,ArabAZ İranın xarici işlər naziri gələn həftə Bağdada və oradan da Dohaya getməzdən əvvəl iranlı diplomatlar Suriyada Tehranın oyundan kənar edilməsi ilə, Türkiyə-Rusiya razılaşmasının əldə olunacağından qorxularını bildiriblər. Suriyada silahlı qruplaşmalar və Suriya ordusu qüvvələri arasında döyüşlər davam edərkən, yüksək səviyyəli bir İran rəsmisi “gərginlik İraq və İordaniyaya keçməzdən” əvvəl “bölgədəki İslam ölkələrini ordularını birləşdirməyə” çağırıb. İran rəsmisi İslam ölkələri termini ilə müsəlmna öıkələri termini bir birindən ayırd edə bilməyib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Astana danışıqları formatında İran, Türkiyə və Rusiya xarici işlər nazirlərinin görüşü Dohada keçiriləcək. O qeyd edib ki, baxmayaraq bu görüş Dohada keçiriləcək,…
QÜDS,ArabAZGirovlarla bağlı müqavilə bağlamaq üçün şans var,ArabAZ xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yisrael Katz deyib. O qedy edib ki, HƏMAS-a təzyiq edərəh gorovları azad etmək şanşı var. “Müharibədə ən vacib şey girovların öz evlərinə qaytarılmasıdır… Bu, bizim axtardığımız son məqsəddir və buna nail olmaq üçün hər cür çalışırıq”-deyə o qeyd edib.
