Author: Arab Az

QÜDS,ArabAZ İsrailin “Maariv” qəzeti İsrail ordusunun yüksək rütbəli zabitlərinə istinadən yazıb ki, Hərbi Hava Qüvvələrinin Qəzza zolağına atdığı minlərlə sursat partlamayıb,onlardan bəzilərinin çəkisi bir ton olub.ArabAZ xəbər verir ki, partlamamış hərbi sursatlar ordunun fəaliyyət göstərmədiyi və ya hələ də girə bilmədiyi yerlərdə, var. Qəzetin məlumatına əsasən, HƏMAS bu partlamamış İsrail sursatlarından partlayıcı qurğuların istehsalı üçün istifadə edir. Yüksək rütbəli zabitlərin sözlərinə görə, müharibə zamanı İsrail ordusu Qəzzaya on minlərlə raket atıb, təkcə müharibənin əvvəlində yalnız hava qüvvələri 30 minə yaxın bomba atıb. İsrail qəzetinin yazdığına görə, bu raketlərin təxminən 10%-i partlamayıb, bəzən isə faiz daha yüksək olur. İsrail mediası Əl-Qəssam…

Ətraflı

 BAKI,ArabAZ ,FOCUSPLUS/Dr. Ahmet Yusuf Özdemir Suriya qiyamının qısa müddətdə vətəndaş müharibəsinə çevrilməsi ilə “əcnəbi döyüşçülər” məsələsi heç vaxt olmadığı qədər beynəlxalq təhlükəsizliyin aparıcı problemlərindən birinə çevrilib. Təbii ki, Suriya xarici döyüşçülər fenomeninin ilk nümunəsi deyildi. 1979-cu ildə Sovet qoşunlarının Əfqanıstana müdaxiləsinə qarşı Əfqanıstan müqavimət qrupları ilə həmrəy olaraq ölkəsini tərk edərək bölgəyə gələnlərdən tutmuş, 1936-39-cu illərdə İspaniya vətəndaş müharibəsində iştirak edənlərə qədər bir çox nümunə tapmaq mümkündür. Coğrafiyasından, dilindən, dinindən, ideologiyasından asılı olmayaraq müasir dövlət quruluşunun böhranlı olduğu hər yerdə, demək olar ki, hər yerdə əcnəbi döyüşçülərə rast gəlmək mümkündür. Bir insanın öz cəmiyyətini geridə qoyaraq, ona və ya ailəsinə…

Ətraflı

BAKI,ArabAZ Fransa paytaxtının ən məşhur teatrı sayılan Filarmoniya de Paris Teatrı Ümmü Gülsümün vəfatının 50-ci ildönümündə həsr olunmuş “Şərqin ulduzu” adlı konsert proqramı keçiriləcək. ArabAZ xəbər verir ki, konsertin keçirilməsində məqsəd dahi müğənninin mahnılarına yeni nəfəs verməkdir. Misir Opera Teatrı bu nəhəng bədii şənlikdə iştirakını təsdiqləyib. Konsertə satılması nəzərdə tutulan 2400 biletin deməkl olar ki hamısı satılıb. Ümmü Gülsüm kimdir?Ümmü Gülsüm təkcə sənətkar deyildi; Siyasi cəhətdən tükənmiş ərəb xalqlarının səsi idi. Heç bir ərəb müğənnisi Ümmü Gülsüm kimi şöhrət qazanmamışdır. 1910-cu illərdə atası ilə Nil sahillərində toylarda başlayan karyerası 1973-cü ilə qədər ərəb dünyasındakı dövlət başçılarından, hətta müharibələrdən çox ərəb…

Ətraflı

Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Azərbaycan televiziyalarına verdiyi müsahibə diqqətimi cəlb etdi. Orada Cənab Prezident Tramp haqqında danışarkən bildirdi ki, Tramp ailə müəssisəsində bizim cəmiyyətimizin dəyərlərini paylaşır. Yəni, normal ailə, hər bir fərdin öz yerində olduğu ailə. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi tədbirində Azərbaycan Dövlət Başçısı Avropa cəmiyyətinin bəzi xüsusiyyətlərinə toxunaraq belə söyləmişdi: “Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm.” Bu fikirlərin üzərində bir məsələ haqqında yazmaq istəyirəm:…

Ətraflı

DƏMƏŞQ,ArabAZ Livanın baş naziri Nəcib Miqati Suriyada rejimin süqutundan sonra yeni rəhbərliyin hakimiyyətə gəlməsindən sonra ilk rəsmi səfərdə Suriyanın yeni administrasiyasının lideri Əhməd Əl-Şara ilə görüşmək üçün şənbə günü Dəməşqə gedəcək. ArabAZ xəbər verir ki, bu haqda Livan baş nazirliyindən verilən xəbərdə deyilir. Suriyada yeni administrasiyanın lideri Əhməd Əl-Şaraa dəvətə cavab olaraq, Miqatinin səfəri Bəşər Əsəd rejiminin süqutundan sonra, dekabrın 8-də Livan Druzi lideri Valid Cumblatın Dəməşq səfərindən sonra Livan rəsmisi tərəfindən ilk səfər olacaq.

Ətraflı

QÜDS,ArabAZ İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, o, İsrail ordusuna girovların azad edilməsi ilə bağlı razılıq əldə olunmazsa, Qəzzada HƏMAS-ı tam məğlubiyyətə uğradacaq plan hazırlamağı əmr edib. ArabAZ xəbər verir ki, bu haqda Katz ofisindən verilən açıqlamada deyilir. “Prezident Trump vəzifəyə gələnə qədər girovlarla bağlı razılaşma əldə olunmasa, HƏMAS Qəzzada tamamilə məğlub edilməlidir”, – deyə açıqlamada deyilir. Qeyd edək ki, Qətərin paytaxtı Dohada girovlarla bağlı razılığın əldə edilməsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlar gedir. ABŞ Dövlət Katibi Entoni Blinken İsrail və HƏMAS arasında atəşkəs və məhbus mübadiləsi razılaşmasının “çox yaxın” olduğunu söyləyib. Keçən may ayında ABŞ prezidenti Co…

Ətraflı

BAĞDAD,ArabAZ Bir çoxları hələ də İranın ərəb ölkələrində necə güclü olmasının səbəbini  bilmirlər. Təbii ki,  bu haqda uzun-uzadı danışmaq olar, lakin ərəb ölkələrində və ümumiyyətlə Tehranın maraq dairəsində olan ölkələrin hamısında faəliyyət mexanizmi əsasən eynidir.İran qərbin xüsusi orqanlarından fərqli olaraq, əhalinin üst təbəqəsi ilə deyil, əhalinin daha az təminatlı və əsasən də elmi baxımdan savadsız kütləsi ilə daha çox iş görür.  Lakin bu iş heç də alt təbəqə ilə kifayətlənmir.İranın fəaliyyət mexanizminə gəlincə isə bu ayrı bir “ fəlsəfədir”. Tehranda xüms və zəkat pulu ilə, müsəlman dövlətləri viran qoymağa çalışan, eləcə də ermənilərlə dodaq-dodağa öpüşən əyalət və vilayət mollalarının hədəfi …

Ətraflı

ANKARA,ArabAZTürkiyənin Xarici İşlər Naziri Hakan Fidan PKK terror təşkilatının Suroya qolu olan YPG terror təşkilatlarına qarşı qətiyyətli mübarizənin davam edəcəyini və bu mübarizədə yolun sonunun artıq göründüyünü bildirib. ArabAZ xəbər verir ki, Prezident Ərdoğandan sonra ölkədə ən güclü fiqur olan , Fidan ,məsələnin Türkiyə üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.Fidan, həmçinin, “Ya biz, ya da yeni rəhbərlik Suriyada YPG-yə qarşı əməliyyat keçirəcək” – deyə bildirib.Türkiyənin Suriya ilə əlaqələri və bu ölkədəki yenidənqurma səylərinə də toxunan Fidan, ölkəsinin Suriya xalqı üçün daha yaxşı bir gələcək qurmağa çalışdığını və bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib.O, həmçinin, Fələstin məsələsinə də önəm verərək, Türkiyənin Fələstin xalqı…

Ətraflı

BEYRUT,ArabAZ ABŞ prezidenti vəzifəsini tərk edən Co Bayden ordu komandirinin “bu dövr üçün uyğun lider” olduğunu nəzərə alaraq, Cozef Aunun Livan prezidenti seçilməsini alqışlayıb. ArabAZ xəbər verir ki, Bayden verdiyi açıqlamada, Aunun İsrail və Hizbullah arasında qüvvədə olan atəşkəsə nəzarətdə “qətiyyətli liderlik” təmin edəcəyini nəzərə alaraq, “Prezident Auna güvənirəm və onun bu dövr üçün doğru lider olduğuna qəti şəkildə inanıram” deyib. Aunun seçilməsi iki ildən çox davam edən boşluğa son qoydu və bu ölkəni maliyyə çöküşündən çıxarmaq üçün bir addım ola bilər.  “Nəhayət, Livanın Prezidenti var”-deyən Bayden Livan prezidentini “birinci dərəcəli insan” kimi xarakterizə edib.

Ətraflı

BAKI,ArabAZ, Kubra Məhərrəmova , OXU.AZ Qan da elə bir şeydir ki, illərlə sakit axa, birdən coşub daşa bilər. Sadəcə qanın oyanması üçün bir qədər zaman və şərait gərəkdir.Qan yaddaşı sözü də havadan, sudan götürülməyib. Qanın özündə saxladığı informasiya gözümüzün rəngindən tutmuş, dədəmizin xasiyyətinə qədər bizə keçir, xasiyyətimizi formalaşdırır və bizdən sonrakı nəslə də bizdən bir pay aparır.Qandan söz düşmüşkən, hazırda İranda damarında türk qanı axan 30-40 milyon arasında insan yaşayır. Sadəcə İranın özünə sərf etməyən bu məlumat fərqli mənbələrdə müxtəlif cür göstərilir. Gah azaldılır, gah da saxtalaşdırılır. İranın ümumi əhalisi isə təqribən 91 milyondur. Təsəvvür edin ki, yarısı, bəlkə də…

Ətraflı