Author: Arab Az

ƏR-RİYAD,ArabAZSəudiyyə Ərəbistanı 60 ölkədə 200 inkişaf layihəsini dəstəkləmək üçün 6 milyard dollar ayırıb.ArabAZ xəbər verir ki, bunu Krallığın Vəliəhdi, şahzadə və baş nazir Məhəmməd bin Salman deyib. “Səudiyyə Ərəbistanı 2020-ci ildə sədrliyi dövründə G20-nin fəaliyyət xəritəsinə su məsələlərini “ilk dəfə” daxil edib, bundan əlavə, Krallığın su sektorunda 200 inkişaf layihəsini dəstəkləmək üçün 6 milyard dollar ayırıb”-deyə o bildirib.Vəliəhd Ər-Riyadda Fransa prezidenti Emmanuel Makron, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və bir sıra nazirlər və rəsmilərin iştirakı ilə keçirilən “Bir Su” sammitində çıxış edib.Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi çıxışında bildirib ki, bu gün dünya su sektorunda artan problemlərlə, o cümlədən istifadəyə yararlı suyun qıtlığı…

Ətraflı

LİVİYA,ArabAZ Liviya və Yaponiya əmkdaşlığı genişləndirilər,ArabaZ xəbər verir ki, Liviya Milli Birlik Hökumətində Baş nazirin müavini və Kənd Təsərrüfatı və Heyvandarlıq Naziri Hüseyn Əl-Qətrani Yaponiyanın Liviyadakı səfirliyinin müvəqqəti işlər vəkili Masaaki Amadera ilə görüşüb. Görüş zamanı, iki ölkə arasında əkinçilik və heyvandarlıq sahəsində əməkdaşlığın aspektlərini müzakirə edilib.Tərəflər eləcə də, xarici investorları cəlb etmək üçün Liviyada mövcud olan texnologiya transferi, potensialın artırılması və kənd təsərrüfatı investisiya imkanlarını müzakirə edib. Baş nazir Əbdül Hamed Dbeibah ötən ilin noyabrında Yaponiyanın səfiri Şimura İzuru ilə görüşərək Liviya kadrlarının ixtisasının artırılması,Yaponiyanın aparıcı təcrübəsindən faydalanmaq məqsədi ilə təlim və bacarıqların artırılması sahələrində əməkdaşlığın əhəmiyyətini müzakirə etmişdi.

Ətraflı

ƏLCƏZAİR,ArabAZ Əlcəzairli boks çempionu İman Xəlif, məşqçiləri kubalı Pedro Diaz və əlcəzairli Məhəmməd Çaunun müşayiəti ilə Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində bərpa edib. ArabAZ xəbər verir ki, Xəlif 66 kq çəki dərəcəsində Parisdə olimpiya çempionu titulunu qazandıqdan və çinli Yang Liu məğlub etdikdən üç ay sonra Amerikanın Mayami şəhərində məşqçilərinin müşayiəti ilə rəsmi İnstaqram hesabında yerləşdirdiyi fotoda məşqə qayıtdığını açıqlayıb.

Ətraflı

ƏLCƏZAİR,ArabAZ Əlcəzair və İtaliya arasında peşə təhsili sahəsində anlaşma memorandum imzalanıb.ArabAZ xəbər verir ki, memorandumu peşə təhsili və təhsil naziri Yasin Mehdi Valid və İtaliyanın təhsil naziri Cüzeppe Valditara imzalayıblar.Memorandumda həmçinin komponentlərin yeni texnologiyalar, elektron təhsil və sertifikat ekvivalentliyi üzrə səriştələrinin təkmilləşdirilməsi nəzərdə tutulur. Əl-Mehdi Valid İtaliyanın Təhsil və Hüquq Naziri ilə keçirdiyi görüşün iki ölkə arasında əməkdaşlıq əlaqələrini gücləndirəcəyini açıqlayıb.

Ətraflı

TUNİS,ArabaAZ Bərbər əsilli dahi siyasətçi Həbib Burqiba 3 avqust 1903-cü ildə dünyaya gəlib. 1920-ci illərdə Fransada hüquqşünas kimi fəaliyyət göstərib . Vətənə qayıtdıqdan sonra o, müstəmləkəçilik əleyhinə hərəkatda fəal iştirak etməyə başlayıb Burqiba.1934-cü ildə Fransadan müstəqillik uğrunda hərəkata rəhbərlik edən “Yeni Düstur Partiyası” nın qurucularından biri oldu. O, müstəmləkə hakimiyyətləri tərəfindən bir neçə dəfə həbs edilərək ölkədən qovulmuş və sonda onlarla danışıqlara başlamışdır. 20 mart 1956-cı ildə Tunis müstəqil dövlət elan edildi, 25 iyul 1957-ci ildə monarxiya ləğv edildi və Burgiba prezident seçildi. O, hakimiyyətə gəldikdən sonra iqtisadiyyatın inkişafı, ölkənin təhsil sisteminin müasirləşdirilməsini və gender bərabərsizliyinə qarşı mübarizəni əsas vəzifələri…

Ətraflı

BAKI,ArabAZ, FOCUSPLUS İsrail-Fələstin müharibəsində rəsmi bəyanatlarda və bəyannamələrdə təkrarlanan “iki dövlətli həll” ifadəsi çox vaxt sülhə gedən yol kimi təqdim olunur. Yaxşı, iki dövlətli həll yolu nədir? İki dövlətli həll ideyası İordan çayı ilə Aralıq dənizi arasında yerləşən tarixi Fələstin ərazisini iki dövlətə: İsrail və Fələstinə bölmək məqsədi daşıyır. İdeya, əsasən, ləğv edilməli olan yəhudi yaşayış məntəqələri üçün kompensasiya olaraq, İsrail və Fələstin arasında torpaq mübadiləsi yolu ilə Qəzzada və İordan Çayının Qərb Sahilinin böyük bir hissəsində Fələstin Dövlətinin yaradılmasına əsaslanır. Digər tərəfdən, iki dövlətli həll tərəfdarları Fələstin sərhədlərinin altı günlük müharibədə İsrailin Fələstin ərazisini ilhaq etməsindən əvvəl mövcud olan…

Ətraflı

RAMALLAH,ArabAZ HƏMAS və FƏTH hərəkatı müharibənin ertəsi günü Qəzza zolağının idarə olunması üçün “İcmaya Dəstək Komitəsi” adlı bir komitə yaratmağa razılaşıb.ArabAZ xəbər verir ki, məlumat hər iki hərəkat tərəfind\n təsdiqlənib. “Son iki gün ərzində Misirdəki qardaşlarımızın himayəsi altında Qahirədə keçirilən konstruktiv dialoqdan sonra HƏMAS və FƏTH təşkilatı “İcmaya Dəstək Komitəsi” yaratmaq üçün saziş layihəsi üzərində razılığa gəldilər”-deyə HƏMAS rəsmisi bildirib. FƏTH rəsmisi qeyd edib ki, prezident Mahmud Abbas “müqavilə layihəsini təsdiqlədikdən sonra bu komitənin təyin edilməsi haqqında prezident fərmanı verəcək” Qeyd edək ki, daha öncə HƏMAS Qəzzada Livan razılaşmasına bənzər “tədrici” razılaşmaya həmişəkindən daha açıq olduğunu bildirmişdi və bu hərəkatın…

Ətraflı

ANKARA,ArabAZ PKK terror təşlkilatının Suriya qolu olan PYD/YPG terrorçuların lideri Bese Hozat Suriyada baş verənlərin AK Partiya hökumətinin yeni oyun planı olduğunu bildirib. ArabAZ xəbər verir ki, ABŞ dəstəyi il Suriyanı işğal edən terrorçuları nümayəndəsi baş verən hadisələrdə Ankaranı ittiham edib. “İndi aydın olan Türkiyənin roludur. Türkiyənin bu müharibədə liderliyində aparılır.Bunu belə görmək və həqiqətən dərk etmək lazımdır. Vəziyyət belədir ki, Türkiyə dövləti hazırda hazırkı müharibəyə rəhbərlik edir. Həm beynəlxalq güclər, həm də Koalisiya hazırda buna susur. Monitorinq mövqeyindədir. İndi Rusiya da ciddi bir iş görmür. Buna görə də müqavimət göstərmir”-deyə terrorçu Hozat deyib. Qeyd edək ki, Terror təşkilatı PKK/YPG-nin…

Ətraflı

TEHRAN,ArabAZ İran prezidenti Məsud Pezeşkian ölkəsinin Suriyada yaraqlılarla mübarizə aparmaq üçün əlindən gələni edəcəyini bildirib. ArabAZ xəbər verir ki,Öz növbəsində İranın Suriyadakı səfiri Hüseyn Əkbəri deyib ki, Suriyada baş verən hadisələrdə İsrailin rolunun bir çox göstəriciləri var, xüsusən də Livanda atəşkəs rejimi ilə silahlıların hücumu üst-üstə düşür. İran səfiri İŞİD-in artan təsirləri ilə bağlı xəbərdarlıq edib və deyib ki, “İŞİD Suriya və İraqda mövcudluğunu bərqərar etsə, Avropa, Cənub-Şərqi Asiya və İslam ölkələrində təhlükəsiz olmayacaq” Çərşənbə günü Heyət Təhrir əş-Şam (Əl-Qaidə təşkilatından ayrılmadan əvvəl Əl-Nusra Cəbhəsi) və daha az nüfuzlu silahlı qruplaşmalar görünməmiş bir hücuma başladılar və bu, Hələb valiliyində son…

Ətraflı

BAKI,ArabAZ, Tarix elmləri doktoru, Xəzər Üniversitetinin dosenti Telman Nüsrətoğlu Yer üzündəki ilk yaşayış məskənlərindən biri olan Hələb və ətrafı əsrlər boyu siyasi-hərbi baxımdan müxtəlif güclərin hədəfi halına gəlməklə birlikdə Asiya, Anadolu, Qafqaz, İran, Mesopotamiya, Misir mərkəzli mədəniyyətlərin çulğalaşma nöqtələrindən biri idi. Hələb ticarət karvanlarının ziyarətgahı olmaqla birlikdə həcc yolu üstündə yerləşməsi səbəbi ilə üç dinin mənsublarının da maraq göstərdiyi bir mədəniyyət şəhəri idi.Şəhər və ətrafı əsrlər boyu Səlcuqlu, Atabəylər, Əyyubi, Məmlük və Osmanlı dövlətlərinin hakimiyyəti altında yer aldı.Hələbin həyatında islami dövrlə birlikdə dini, idari və ticari baxımdan yeni bir cığır açılmış, daha sonra türk xanədanlarının hakimiyyəti ilə birlikdə şəhər türk-müsəlman…

Ətraflı