Author: Arab Az

ƏR-RİYAD,ArabAZ İran nüvə proqramı hər zaman gündəmə gəldiyi zaman ölkənin ali dini lideri “ Nüvə silahının haram” olduğunu və Tehranın belə bir niyyətinin olmadığını deyir. Lakin İranın “Avropa üçlüyü” ilə Cenevrədəki görüşündən bir gün əvvəl Tehran Qərbin təzyiqlərinə cavab olaraq nüvə silahı istehsal etməyə tələsəcəyini söylədi. İranın xarici işlər naziri Abbas Əraqçi mətbuata açıqlamasında İran və Avropa danışıqlarının Cenevrədəki görüşünün “beyin fırtınası” olduğunu bildirib. Lakin o vurğulayıb ki, “Qərbin BMT sanksiyalarının yenidən tətbiqi ilə bağlı təhdidinin davam etməsi İran daxilində müzakirələri nüvə silahına malik olmaq istiqamətində sövq edə bilər”. Bu görüş Pezeşkianın respublika prezidenti kimi fəaliyyətə başlamasından bəri ilk görüş…

Ətraflı

ANKARA,ArabAZ 2024-cü ilin yanvar-oktyabr aylarında Əlcəzairdən Türk limanlarına 5 milyon 643 min 545 ton yük daşınıb. Bu barədə ArabAZ – a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Əlcəzairdən Türkiyə limanlarına 54 min 287 ton yük daşıyıb. “Bu ilin yanvar-oktyabr aylarında Əlcəzairdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 681 min 938 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Əlcəzairdən Türkiyəyə Əlcəzair bayrağı ilə üzən gəmilərlə 1 milyon 907 min 320 ton yük daşınıb. 2024-cü ilin yanvar-oktyabr aylarında Əlcəzairdən…

Ətraflı

QÜDS,ArabAZ Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin Milli Administrasiyasının ilk prezidenti Yasir Ərəfat ölümündən sonra da Fələstin tarixinin ən mübahisəli simalarından biri olaraq qalır. Fələstinin müstəqillik mübarizəsinin simvoluna çevrilən Ərafat, ömrünü Fələstinin muxtariyyəti uğrunda İsrailə qarşı mübarizədə keçirmiş və zamanında iz qoymuş bir lider kimi Yaxın Şərq tarixinə adənı yaza bilib. İstanbul Polis Akademiyasının məzunu olan fələstinli gənc Abdurrauf geri qayıdaraq Qəzzada olan bütün var-dövlətini satıb bizneslə məşğul olmaq qərarına gəlir.Qüdsün hörmətli ailələrindən olan həyat yoldaşı Zahva Abu Saud ilə 17 yaşında evlənən Abdurauf, ticarət fikrinə tamamilə qapıldıqdan sonra beş uşağı ilə Qahirəyə yollanır. Qahirədə çox təvazökar həyat sürən ailəyə…

Ətraflı

QÜDS,ArabAZ İsrail Qəzzada sülhün “qaçılmaz” olduğunu bilir və eyni zamanda Tel-Əviv Qəzzaya nəzarət etmək niyyətində deyil. ArabAZ xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar bu gün Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə birgə mətbuat konfransında deyib. O, qedy edib ki, “İsrail HƏMAS-ın əlində olan girovları geri qaytarmaqla və hərəkatın Zolağa nəzarət etməməsini təmin etməklə, “məqsədlərinə çatdıqda” Qəzzada müharibəyə son qoyacaq.” Bundan əlavə, Saar qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta qarşı həbs orderi verməsi üçün “heç bir əsası yoxdur”. O, İsrailin qərardan apellyasiya şikayəti verdiyini və bunun…

Ətraflı

ANKARA, ArabAZ 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Səudiyyə Ərəbistanına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 88,1 faiz artaraq, 217,2 milyon dollara bərabər olub. Bu barədə ArabAZ -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər. “Bu ilin oktyabr ayında Türkiyə Səudiyyə Ərəbistanına 23,9 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,23 dəfə çoxdur ” – deyə nazirlikdən bildirilib. Qeyd edək ki,2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,8 faiz artaraq, 13,7 milyard dollara bərabər olub. “Bu ilin oktyabr ayında Türkiyə 1,5…

Ətraflı

Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti. Məlumunuz, İsrail və Hizbullah arasında atəşkəs imzalandı. Atəşkəsin mətni bir çox media orqanında dərc edildi. Bununla bağlı olaraq fərqli fikirlər vardır. Fikirlərin fərqli olması da normaldır. Hamı məsələlərə eyni rakursdan baxa bilməz. Məsələ ilə bağlı olaraq mən də bir iki kəlmə yazmaq istədim. Mən digər analitiklərin fikirlərinə nəzər yetirirəm. Dəyərli bir dostumuz, əziz qardaşımız, abimiz var. O məsələyə bir az fərqli yanaşır. Buradan onu salamlayıram. Onun üçün İran günahkardır və səmimi deyildir. Məsələlərin arxasında da İran vardır. İran yenə qeyri-səmimi davrandı. Bu həmin abimin…

Ətraflı

ƏBU-DABİ,ArabAZ Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin dəstəyi ilə keçirilən “Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti 26-27 noyabr tarixlərində Əbu-Dabi şəhərində rəsmi səfərdə olublar. ArabAZ xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov BƏƏ-nin Mədəniyyət naziri Şeyx Salem Al Qasimi, BƏƏ Xarici İşlər nazirinin müavini Xalid Belhoul və BƏƏ-nin Şəhərsalma və Nəqliyyat departamenti rəhbərinin müavini Saif Sultan Al Nasseri ilə görüşüb. Azərbaycanın BƏƏ-dəki fövqəladə və səlahiyyətli…

Ətraflı

QAHİRƏ,ArabAZMisir və İordaniya Qəzzada dərhal atəşkəsin təmin edilməsini tələb edib.ArabAZ xəbər verir ki, Livanda İranın dəstəklədiyi Hizbullah və İsrail arasında atəşkəsin əldə edilməsi, Qəzzada müvəqqəti də olsa atəşkəsə ümid işığı yandırıb.Misir Prezidenti Əbdülfəttah əs-Sisi çərşənbə günü Qətər Dövlətinin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani ilə görüşündə Qəzzada atəşkəs əldə edilməsinə yönəlmiş birgə səyləri, girovlar və qeyd-şərtsiz humanitar yardım və yardımın zolağa daxil olmasını müzakirə edib.Müvafiq kontekstdə Misir prezidenti çərşənbə günü İordaniya kralı II Abdullah bin Əl-Hüseyni qəbul edib, burada iki tərəf regional vəziyyəti və Fələstin ərazilərindəki hadisələrlə bağlı mövqeləri əlaqələndirmək səylərini müzakirə edib.Qeyd…

Ətraflı

BEYRUT,ArabAZ Ərəb dünyasının beş ölkəsini – Fələstin,Livan,İraq, Yəmən və Suriya- öz məzhəb siyasi ilə viran qoyan İran bəslədiyi Hizbullah və İsrail arasında imzalanan atəşkəs məsləsində siyasi şizofreniya nümayiş etdirir. Tehran həm İsrail – Hizbullah atəşkəsini alqışlayər həm də, İsrailə cavab vermək haqqının olduğunu bildirir. Belə ki, İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü bildirib ki, Tehran ötən ay İsrailin öz ərazisinə endirdiyi hava hücumlarına cavab vermək hüququnu özündə saxlayır, lakin regiondakı digər hadisələri də nəzərə alır. Araqçi Lissabon səfəri zamanı jurnalistlərə bildirib ki, ölkəsi Livanda çərşənbə axşamı günü əldə edilmiş razılaşmanı alqışlayır və bunun daimi atəşkəsə gətirib çıxaracağına ümid…

Ətraflı

ANKARA,ArabAZ Somali və Azərbaycan arasında parlamentlərarası dostluq qrupu yaradıla bilər.Bu haqda ArabAZ -a açıqlamasında Somalinin Ankarada akredetə edilmiş Azərbaycan səfiri Fəxrəddin Aspite deyib. O qeyd edib ki, hal hazırda bu istiqamətdə işlər aparılır.“İki dövlət arasında parlamentlərarası dostluq qrupunun yaradılması ölkələrimiz arasında olan münasibətlərin daha dinamik inkişafına təkan verə bilər”-deyə səfir qeyd edib. Qeyd edək ki, Somali səfiri daha öncə ölkəsinin Azərbaycanla əməkdaşlıqda olduqca maraqlı olduğunu bildirdib.O qeyd edib ki, Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir.“Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa hazırıq və bu bizim maraq dairəmizdədir”-deyə o qeyd edib. Səfir qeyd edib ki, Moqadişo rəsmi Bakı ilə əməkdaşlığının dərinləşməsi çərçivəsində özünə…

Ətraflı